Axtarış...

“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY

“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY

Ölkədə oktyabrın 1-dən ticarət mərkəzləri və uşaq əyləncə məkanları fəaliyyətini bərpa etsə də, qiymətlərdə dəyişiklik müşahidə olunur. Hətta bəziləri soyğunçuluq “prinsipini” üstün tutmaqdadır.

TİA.Az-ın əməkdaşı bildirir ki, belə məkanlardan biri “Aygun city” ticarət mərkəzidir. Burada yerləşən uşaq əyləncə mərkəzi sanki valideynlərə qənim kəsilib. Müxbirimiz qeyd edir ki, qiymətlər son dərəcə baha, absurd və reallıqdan uzaqdır. Məsələn, tullanmaq yerində 5 dəqiqə oynamaq üçün 1 manat ödəməlisən. Başqa yerlərdə azı 10-15 dəqiqədir, burada isə ticarət mərkəzi rəhbəri xəsislik edərək 5 dəqiqədən artıq rəva bilmir və əyləncə mərkəzinin əməkdaşı dərhal adamın başının üstünü kəsdirib vaxtın bitdiyini nəzərə çatdırır.

Digər əyləncə növləri də həm qiymət cəhətdən münasib deyil, həm də olduqca az vaxt verilib. Bununla uşaqların əyləncəsini onların burnundan gətirirlər. Eyni zamanda restoranında da qiymətlər bahadır. Bunu başqa biznesdə etməyi yenə anlayışla qarşılamaq olar, amma uşaqların əyləncə mərkəzində gestapo rejimi qurmaq və “Hacı Qara” kimi davranmaq heç bir iş adamına başucalığı gətirməz.
“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY
“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY
Text-to-Speech

DİNLƏ






Şərh yaz