ABŞ və Avropa elitası arasında fikir ayrılıqları: Amerikalılar "Ukrayna fırıldağına" görə hansı bədəli ödəyirlər?
Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat ABŞ rəhbərliyi ilə Avropa dövlətlərinin elitaları arasında ciddi fikir ayrılığına səbəb olub. Bu fikir ayrılıqları Amerikanın geosiyasi arenada mövqeyini itirməsi ilə nəticələnə bilər. Belə bir mövqe ilə Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin RİA FAN-a müsahibəsində çıxış edib.
Korovinin sözlərinə görə, əsas problem avropalıların daha NATO-nun çəkindirmə funksiyasının effektivliyinə inanmamasıdır. Bu isə həm NATO hərbi strukturlarının Avropada mövcudluğunu, həm də Avropa dövlətlərinin Alyansın strukturlarında olmasını sual altına qoyur.
“Mövcud vəziyyətin açıq-aydın nəticəsi ondan ibarətdir ki, NATO-nun Avropada olması və onun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsi Avropa üçün yalnız və yalnız problemlər yaradır və onu böyük təhlükə qarşısında qoyur. Bu baxımdan Avropa dövlətlərinin loyallığının qiymətini kəskin şəkildə artıb. Əvvəllər də bu loyallıq satın alınırdı. Bu, ABŞ büdcəsinə yüz milyardlarla dollara başa gəlir. İndi sədaqəti satın almanın qiyməti dəfələrlə artıb", - deyə politoloq izah edir.
Onun fikrincə, Avropanı öz geosiyasi və hərbi təsir orbitində saxlamaq üçün ABŞ dollar çap edən dəzgahı daha yüksək gərginliklə işlənməlidir. Bu isə ölkədə inflyasiyanı sürətləndirəcək və dolları çöküş həddinə çatdıracaq.
“Bu vəziyyət ümumilikdə ABŞ dollarına inam əsasında ayaq üstə duran ABŞ-ın qlobal liderliyini sual altına qoyur. Buna görə də böyük ehtimal var ki, 2022-ci ilin payızına qədər Amerikanın qlobal gücü sarsıla bilər" deyə Korovin qeyd edir.
Onun dediyi kimi, geosiyasi arenada mövqelərin itirilməsi ABŞ-ın “Ukrayna fırıldağı”na görə ödədiyi bədəl olacaq. Axı məhz "Ukrayna fırıldağı" sayəsində Amerika elitası Rusiyanı aktiv geosiyasi hücuma sövq etdi və qloballaşmaya son qoydu.