Axtarış...

Fransanın və NATO-nun Cənubi Qafqaz regionundakı hərbi-siyasi planları dəyişə bilər

Fransanın və NATO-nun Cənubi Qafqaz regionundakı hərbi-siyasi planları dəyişə bilər



Paris-Bakı əlaqələri yeniləndi: İrəvan çox narahatdır
Prezident İlham Əliyevin Fransa səfəri əslində çox məsələləri əhatə edir. Bura həm siyasi, həm iqtisadi, hətta hərbi-texniki məsələləri daxildir. Müəyyən sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadilələri aparılıb, konkret razılıqlar əldə olunub. Amma burda önəmli məsələ də var ki, əslində bu ikitərəfli münasibətlər ümumilikdə Qərbin, xüsusilə Avropa İttifaqının Cənubi Qafqazdakı münasibətlərinə də ciddi təsir göstərəcək. Bu səfər həmin münasibətlərin inkişafına ciddi təkan verib.
Bu barədə Milli.Az-a "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə Prezident İlham Əliyevin Fransaya ən son səfərinin nəticələrinin şərh edərkən bildirib.




"Azərbaycan da Fransa üçün əhəmiyyətli ölkədir"
Ekspertin fikrincə, buna səbəb hazırda Qərbin bu regiona dair yeni aksentlərinin müəyyənləşdirilməsidir: "Bu aksentləri həm NATO sammitinin gedişatındən, həm də Avropa İttifaqının regionla bağlı atdığı addımlarında görmək olar. Hətta Putin-Tramp görüşünün də bu regiona mümkün təsirini qeyd etmək olar. Belə bir fonda baş tutan bu səfər çox səciyyəvidir və özündə müəyyən ciddi məsələləri ehtiva edir".
İ.Vəlizadə hesab edir ki, Azərbaycan Prezidentinin bu səfəri Fransanın və ümumilikdə Qərbin bölgədəki hərbi-siyasi planlarını dəyişə bilər: "Payızın əvvəlində Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz regionuna, o cümlədən ölkəmizə səfəri gözlənilir. Ona görə də Prezident İlham Əliyevin bundan öncə Fransaya səfər etməsi, orada aparılan danışıqlar və əldə olunan razılıqların nəticələri Makronun Azərbaycana səfəri zamanı da öz əksini və xüsusilə davamını tapacaq. Məhz bu səbəbdən, yəni qabaqlayıcı olması baxımından cənab prezidentin Paris səfəri çox səciyyəvidir.




"Fransa ilə əlaqələrin bu səviyyəyə çatması Azərbaycan üçün çox əhəmiyyətlidir"
Azərbaycan-Fransa münasibətlərinin əsas istiqamətlərinin qurulmasına kömək edəcək bu səfər həm də Fransa diplomatiyasının Azərbaycana dəstəyi baxımından da çox vacib hesab edilə bilər. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətləri hazırda demək olar ki, bütün sahələri əhatə edir. Elə bir sahə, istiqamət yoxdur, o, kölgədə, diqqətdən kənarda qalsın. Bizim humanitar, siyasi, iqtisadi, mədəni sahələrdə dialoq və əməkdaşlığımız var. Lakin yeganə sahə hərbi-texniki sahə idi ki, nisbətən digərlərindən geri qalırdı. Əvvəllər bu sahədə demək olar ki, heç bir dialoq, əlaqə yox idi. Amma indi bu əlaqələrin əsası qoyuldu. Artıq güman etmək olar ki, Fransa qısa zamanda bu sahədə Azərbaycanın ən vacib tərəfdaşlarından birinə çevriləcək. Təbii ki, bu, Fransanın və ümumilikdə NATO-nun regiondakı hərbi-siyasi planlarına da təsirsiz ötüşə bilməz".
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə gəlincə, politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, Fransanın bu məsələdə ənənəvi münasibətinin qısa zamanda dəyişəcəyini gözləmək olmasa da, müəyyən dəyişikliklər baş verə bilər: "Atılan addımlar imkan verəcək ki, müəyyən perspektivdə bu münasibət də dəyişəcək. Bunun üçün artıq bütün əsaslar var. Əgər bu vaxta kimi biz Fransanın adətən ermənipərəst mövqedən çıxış etdiyini görmüşüksə, getdikcə rəsmi Paris bu mövqedən uzaqlaşaraq daha çox beynəlxalq hüquq normalarına yaxın mövqedə dayanmağa üstünlük verəcək".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz