Axtarış...

NATO Qafqazda konflikti gərginləşdirir - KTMT

NATO Qafqazda konflikti gərginləşdirir - KTMT

Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr ətrafındakı hərbi-siyasi vəziyyət neqativ proseslərin artmasıyla xarakterizə oluna bilər.

Axar.az xəbər verir ki, bunu “Rossiya seqodnya” agentliyi tərəfindən təşkil edilən telekörpüdə çıxışı zamanı KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov deyib. Onun sözlərinə görə, Şərqi Avropada artıq bir neçə ildir əsas qeyri-stabillik yaradan faktor Ukraynanın şərqindəki konfliktdir:

“Atəşkəsin şərtlərinə əməl edilmir, ölkənin potensialı məhv edilir. Bu fonda Ukrayna aktiv şəkil öz imkanlarını NATO standartlarına uyğunlaşdırır. Bunun üçün xarici dövlətlərin vəsaitlərindən istifadə edilir. Təkcə ABŞ gələn il Ukraynaya 250 milyon dollar təqdim etməyi planlaşdırır”.

O, hazırda ABŞ və NATO-nun Mərkəzi və Şərqi Avropada hərbiləşdirmə siyasəti apardığını söyləyib:

“Cənubi Qafqazda da yüksək konflikt potensialı qorunub saxlanılır. Bunun əsas səbəbkarı ABŞ və NATO-dur. Belə ki, Qərb Gürcüstana yatırım vasitəsilə öz təsirini regionda yaymaq istəyir. NATO rəhbərliyi Gürcüstanın alyansa qəbul planından imtina etməyəcək. ABŞ təkcə son 2 ildə Gürcüstana 100 milyondan çox yardım edib. Bunun sayəsində Gürcüstan rəhbərliyi bundan sonra Vaşinqtonun bütün antirusiya cəhdlərini dəstəkləyəcək və regiona təhdid yaratmaqda davam edəcək”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz