Axtarış...

TİBBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İSLAHATLARA CİDDİ EHTİYAC VAR- Yeni rəhbərlik buna nail olacaqmı?

TİBBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İSLAHATLARA CİDDİ EHTİYAC VAR- Yeni rəhbərlik buna nail olacaqmı?

Səhiyyə sistemindəki neqativ hallar barədə çox yazılıb, çox deyilib. Ancaq bu sahə ilə bağlı son vaxtlar atılan bəzi addımlar cəmiyyətdə müəyyən ümid qığılcımları yaratmaqdadır.
Elə yeni nazir və müavinlərinin təyinatının özü bu sahəyə koordinasiyalı yanaşmadan xəbər verir. Etiraf etməliyik ki, son aylara qədər baş verənlərə əsasən, Səhiyyə Nazirliyinin TƏBİB-ə birləşdirilməsi gözlənilirdi. Ancaq, Teymur Musayevin hər bir məsələyə kompleks yanaşması, movcud çatışmazlıqları qismən də olsa, aradan qaldıra bilməsi Səhiyyə Nazirliyinə etimadı geri qaytardı.

Hazırda Səhiyyə Nazirliyi ilə rəqabətdə olan TƏBİB də fəaliyyətini davam etdirir. Ancaq bu bir həqiqətdir ki, TƏBİB-ə olan inam demək olar ki,tamamilə itib.Kənardan müşahidə edərkən xəstəxanalardakı özbaşınalıqlar, miqyasa sığmayan neqativ hallar səbəbindən TƏBİB Səhiyyə Nazirliyinə uduzmuş vəziyyətdə görsənir.

Rayon mərkəzi xəstəxanaları “Publik hüquqi şəxslər”lə bağlı vəziyyət acınacaqlıdır desək, yəqin ki, yanılmarıq. Sözügedən xəstəxanalarda rüşvətxorluq, dərəbəylik, həkim-xəstə münaqişələri baş alıb gedir. Hətta yaranmış durumla bağlı həkimlərin özləri tərəfindən də ciddi narazılıqlar ifadə olunur.

Tovuz, Ağstafa,Qazax,Şəmkir və digər bir sıra rayonlarda fəaliyyət göstərən mərkəzi xəstəxanalarda baş verən biabırçılıqlar mütəmadi olaraq, medianın gündəminə çevrilir.

Ən acınacaqlısı odur ki, rayon mərkəzi xəstəxanalarında baş verən neqativ hallarla bağlı heç bir cəza mexanizmi mövcud deyil. Haqsızlıqla, laqeydliklə üzləşən xəstələri, baş həkim tərəfindən ayrı-seçkiliyə məruz qalan vicdanlı həkimləri eşidən yoxdur, onların şikayətləri TƏBİB rəhbərliyi tərəfindən qulaqardına vurulur.

Bütün bunlar ona dəlalət edir ki, iki ildən bəri davam edən pandemiya dövrü bitən kimi tibb müəssisələri Səhiyyə Nazirliyinə birləşdiriləcək.

Onu da vurğulamaq lazımdır ki, Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində də ciddi islahatlara ehtiyac var və çox güman ki, yeni rəhbərlik bununla bağlı müəyyən addımlar atacaq.İstər Azərbaycan Dövlət Tibb Universiteti olsun, istərsə də, Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Lənkəranda, Şəkidə fəaliyyət göstərən tibb kollecləri – hamısında eyni abu-hava hökm sürür. Rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq bu tibbi təhsil müəssisələrində adi hala çevrilib.Artıq bu barədə geniş yazmağa da ehtiyyac yoxdur.Çünkü hər şey indi olmasa da,əvvəllər hamının gözü qarşısında baş verib.Çünki bundan sonra qüsursuz işləsələr belə ictimaiyyətin onlardan razı qalması mümkünsüzdür.Artıq belə rəhbər işçilərin vəzifədə qalması və ya başqa bir təhsil müəssisəsinə göndərilməsi Səhiyyə Nazirliyinin hazırkı iş prinsipi ilə daban-dabana ziddir.

Həmin təhsil müəssisələri ilə bağlı KİV-lərdə gedən tənqidi yazılar barədə internetdə axtarış verərkən ən çox adı çıxan isə 2 nömrəli Bakı Baza Tibb Kollecidir. Bu da təsadüfi deyil. Belə ki, kollecin direktoru Dilar Məmmədəliyevanın rəhbərliyi altında illərlə orada nələrin baş verməsi barədə ətraflı bəhs etmək istəmirik,bu təkirarçılıq olar.Təkcə onu qeyd edək ki, kollecdə 6 şöbə fəaliyyət göstərir ki, onların da hər birində 150-250 tələbə təhsil alır.

Məlumata görə bu tibb kollecində maraqlı bir üsuldan da istifadə edilib.Şöbə müdirlərinin hər biri ilə təkbətək aparılan söhbət zamanı onlara deyilib ki, həmin şəxsə daha çox güvənilir.Şöbə müdirləri də bu sözlərə inanıb və etimadı doğrultmaq,yəni daha çox pul toplamaq üçün dəridən-qabıqdan çıxıblar. Bu səbəbdən də illər boyu şöbə müdirləri arasında əsl "rəqabət" yaşanıb.Gerçəkdə isə şöbə müdirlərinin xəbəri olmayıb ki,onların hər biri eyni sözləri eşidib,eyni münasibəti görüb.

Qeyd edək ki, bütün tibbi təhsil müəssisələrinə himayədarlıq edilməsinə dair mətbuatda Səhiyyə nazirinin sabiq müavini Nigar Əliyevanın adı keçib.

Faktinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Wow, this piece of writing is good, my younger sister is analyzing these kinds of things, so I am going to convey her.


Feel free to surf to my homepage - binary options magnet scams in ghana
Hello to every one, the contents present at this web site are genuinely
amazing for people experience, well, keep up the nice work fellows.


Here is my site; [url=http://no1.la/home.php?mod=space&uid=110370]i[/url]
Rent a dedicated server from $50 per month. Data center
in Europe. Gigabit channel, unlimited traffic.
VPS from $15.
Crypto payment.
dedicated forex
server