TƏBİB-dəki rəhbər dəyişikliyindən xeyli vaxt keçməsinə baxmayaraq, səhiyyə sistemində, tibb müəssisələrində yaxşılığa doğru heç bir dəyişiklik nəzərə çarpmır. Özbaşınalıq, rüşvətxorluq, süründürməçilik, laqeydlik baş alıb gedir.
Bu cəhətdən “fərqlənən” səhiyyə ocaqlarından biri də Bakının Buzovna qəsəbəsində yerləşən 14 saylı şəhər poliklinikasıdır. Minlərlə sakinə xidmət etməli olan bu poliklinikaya uzun illərdir ki, Soltan Əliyev rəhbərlik edir. Daha doğrusu, son iki ilə qədər edirdi. Məsələ burasındadır ki, Soltan Əliyevin baş həkim vəzifəsini qoruyub saxlamasına baxmayaraq, son iki ildə demək olar ki, poliklinikada onu görən olmayıb.76 yaşını geridə qoyan Soltan həkimin deyilənə görə, səhhətində problem var və buna görə,demək olar ki,iş qabiliyyətini itirib. Onun səlahiyyətlərini isə baş həkimin müavini Nailə Qarayeva icra edir. Bu vəziyyət isə Nailə həkimin eyni vaxtda iki vəzifəni icra etməsi deməkdir.Nəticədə də idarəçilikdə problemlər yaradır,kollektiv daxili narazılıqlara gətirib çıxardır. Bu vəziyyət isə orada çalışan həkimləri heç cür qane etmir və məhz bu səbəbdən poliklinikanın kollektivi arasında iki tirəliyə yol açır.
Sual olunur: İki ilə yaxın işə çıxmayan bir baş həkim hansı əsasla həmin vəzifədə saxlanılır? Bu adam kiminsə qohumudur deyə, elə ömrünün son gününə qədər baş həkim kreslosunu “zanit” etməlidir?
Bakı şəhərində, lap elə 14 saylı poliklinikanın özündə bir qədər cavan, savadlı, bacarıqlı bir həkim yoxdurmu ki, iş qabiliyyətini çoxdan itirmiş Soltan Əliyevi əvəzləsin?
Aidiyyatı qurumların rəhbərləri bu barədə mütləq düşünməli, davam edən acınacaqlı duruma müdaxilə etməlidirlər.
Məsələyə münasibət bildirən 14 saylı poliklinikanın baş həkimi Soltan Əliyev bildirdi ki,artıq bir neçə gündür işə çıxmağa başlamışam,bundan sonra da fəaliyyətimi davam etdirəcəm.Səhətim normaldı,
Faktinfo.az