Axtarış...

İkibaşlı səhiyyəmiz HAÇA-PAÇA QALIB... - “Səhiyyə sistemində nəzarət, hesabatlılıq olmalıdır, təəssüf ki, yoxdur”

İkibaşlı səhiyyəmiz HAÇA-PAÇA QALIB... - “Səhiyyə sistemində nəzarət, hesabatlılıq olmalıdır, təəssüf ki, yoxdur”

Səhiyyə sistemi ilə bağlı narazılıq getdikcə artmaqdadır. İndiki halda sözügedən nazirlik, bəlkə də, Mayn Ridin “Başsız atlı” əsərini xatırladır...
Məlum olduğu kimi, koronavirusa yoluxma faktı yenidən artıb. Bu isə təcili tibbi yardıma müraciət edənlərin sayına təsir göstərir. Di gəl, çoxsaylı şikayətlərə əsasən demək olar ki, təcili tibbi yardım müraciət vaxtından 3-4 saat sonra mənzil başına gəlir. Bəlkə də, əsaslı səbəb var. Onda gərək, heç olmasa, müvəqqəti “Təcili” sözündən imtina etsinlər.

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu mövcud durum barədə “Sherg.az”a danışdı:

“Məsələ ondan ibarətdir ki, təcili tibbi yardımlar qeyri-epidemiolji vəziyyət üçün nəzərdə tutulub. İndi kütləvi müraciətlər var. Onlara ideal reaksiya göstərmək isə səhiyyə sistemimizin mövcud imkanları daxilində deyil. Ümumiyyətlə, həmişə belə olur, xəstəlik artdıqca səhiyyənin imkanları məhdudlaşır”.

S.Cəlaloğlu, həmçinin nöqsanları sadaladı:

“Nəzarət, hesabatlılıq olmalıdır. Təəssüf ki, yoxdur. İkinci bir tərəfdən, TƏBİB-lə Səhiyyə Nazirliyi əməkdaşlıq etmək əvəzinə, rəqabət aparırlar. Səhiyyə sistemi faktiki olaraq dağıdılıb. Bu isə sözügedən problemlərə gətirib çıxarır. Narazılıqların daha çox haradan - TƏBİB-dən, Səhiyyə Nazirliyindən, yoxsa özəl klinikalardan olduğunu müəyyənləşdirmək və müvafiq tədbirlər görmək lazımdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz