Axtarış...

Kəlbəcər rayonun 23 saylı tam orta məktəbində acınacaqlı vəziyyət hökm sürür? – ŞİKAYƏT

Kəlbəcər rayonun 23 saylı tam orta məktəbində acınacaqlı vəziyyət hökm sürür? – ŞİKAYƏT

Kəlbəcər rayon 23 saylı tam orta məktəbindəki neqativ hallar haqqında bir neçə müəllim Turantv.az saytın elektron poçt ünvanına şikayət məktubu daxil olmuşdur.

Belə ki,məktəbin müəllimlərindən biri qeyd edir ki, Təhsil Nazirliyi orta məktəblərdə davamiyyət problemini həll etmək istəyir. Amma hansı yolla? Direktor əvəzi işləyən Səkibə Ələsgərovanın rəhbər olduğu məktəbdə davamiyyət problemi hökm sürür.10-11-ci sinif şagirdləri sanki qiyabi təhsil alır.Məktəbdə yuxarı sinif şagirdlıri tapılmır.Demək,o siniflərə dərslər keçirilmir.Müəllimlər də siniflərə girmir.Beləliklə,dövlətdən havayı əmək haqqı alırlar…

Xatırladaq ki, Təhsil Nazirliyi şagirdlərin davamiyyəti problemini bir müddət öncə də gündəmə gətirmişdi.

Mənbənin verdiyi məlumata görə, sözügüdən 23 saylı orta məktəbdə şagirdlərin məktəbdən yayınmasının birinci səbəbi təlim prosesinin zəifliyi, müəllimdən lazımi səviyyədə bilik ala bilməməsi, tədrisin aşağı səviyyədə olması, ikincisi, məktəbli şagirdlərin müxtəlif tələblərlə məktəbdən küsdürmələridir. Səbəblər bunlardır.

Şikayətçi müəllim bidirilir ki, müəllimlərin bilik səviyyəsi çox aşağıdır. Şəxsi tədris planları yoxdur. Əvvəllər müəllimdən plan tələb olunurdu ki, görək dərsdə bu gün nədən danışacaq. Bu məktəbdə müəllimlərin metodiki hazırlığı çox zəifdir.

Əksəriyyəti başdansovdu dərs keçir. Şagird məktəbdə dərs vaxtı müəllimdən bilik ala bilmir. Məcburdur, dərsdən sonra başqa müəllimin yanına getsin. Ya da əlavə saatda tədris müəllimi ilə məşğul olsun. Valideyn də belə vəziyyətdə haqlı olaraq düşünür ki, uşaq niyə məktəbdə vaxtını boş yerə keçirməlidir?

Onun əvəzinə repititor yanında dərs öyrənər. Ona görə də uşaqları məktəbdən yayındırıb repititor yanına göndərirlər. Bir sinifdə xəstəlik, ya başqa, hansısa qəfil səbəbdən bir-iki, uzaq başı 3 şagird dərsə gəlməz. Amma bir sinifdə 10-15 nəfər dərsdə iştirak etmirsə, bu, artıq xəstəliklə bağlı deyil. Deməli, bu uşaqlar dərs vaxtı harasa başqa yerə gedirlər.

O başqa yer də, birinci halda repititordur, İkinci halda, ümumiyyətlə, dərsdən yayınmaqdır. Mənbənin məlumatına görə,Kəlbəcər rayon 23 saylı orta məktəbin direktor əvəzi Səkibə Ələsgərova təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur.

Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim nəsə ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır.

Mənbənin verdiyi bilgiyə görə, bu məktəb Kəlbəcər rayon məktəbləri arasında ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır.

Belə ki, məktəbdə yuxarı sinif şagirdlərinin bir neçəsi ümumiyyətlə məktəbin yerini belə bilmir. Bildirilir ki, ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri məktəb direktoru Səkibə xanımla “anlaşıb» aylığa çıxması bu düyünün əsl açarıdır.

Şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, Səkibə Ələsgərova ümumiyyətlə, iş fəaliyyətində ciddi nöqsanlara yol verir.

Qeyd etdiyimiz kimi Kəlbəcər rayon 23 saylı orta məktəb Qaraçuxur qəsəbəsində yerləşir.

Təhsil Qanunverciliyinə görə bu tipli qaçqın məktəblərində həmin rayonun,yəni,Kəlbəcər rayon sakinlərinin şagirdləri təhsil almalıdır.Amma təəssüf ki,elə deyil.Məktəb şagirdlərinin böyük əksəriyyəti elə qəsəbə sakinləridir.

Səkibə xanım 330 nəfərlik şagirdi olan məktəbi Kəlbəcər rayonundan olan sakinlərin övladları deyil, Qaraçuxur qəsəbəsində yaşayan ailələrin uşaqlarını məktəbə cəlb etməklə bu boşluğu doldurmağa çalışır.

Qeyd edək ki, Kəlbəcər rayon 23 saylı tam orta məktəbi Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşir. Həmin məktəbin direktor əvəzi Səkibə Ələsgərovadır. Bir neçə ay öncə də adı çəkilən direktorun 11-ci sinif şagirdlərinin “votçat” qrupuna göndərdiyi səs yazısı yayılmışdı. Həmin “votçat” qrupundakı səs yazısında şagirdlərin dərsə davamiyyətini özünəməxsus formada bərpa etmək istəyib. Guya Təhsil Nazirliyinin müavini Məhəbbət Vəliyeva Kəlbəcər rayon 23 saylı məktəbi şəxsən nəzarətə götürüb. Halbuki, Məhəbbət Vəliyeva çoxdan səhhəti ilə bağlı öz vəzifəsindən uzaqlaşdırılmışdı.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.Turantv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz