Axtarış...

Sabirabaddan nazirə müraciət olundu - GİLEY



Pandemiyanın ən böyük zərbə vurduğu sahələrdən biri təhsil sektorudur. Artıq aylardır ki, məktəblərdə tədris prosesi dayandırılıb. Hələlik ibtidai siniflərdə dərslər qismən bərpa olunsa da məktəblilərin böyük qismi təhsildən kənarda qalıb. Təhsil sistemində bu qədər böyük problemlərin yaşandığı bir zamanda təəssüf ki, məktəblərdən hələ də təhsil adına ləkə gətirən şikayətlər daxil olmaqdadır.

Sabirabad rayonundan Rubrika.az saytına müraciət edən şikayətçilər Təhsil naziri Emin Əmrullayevə üz tutaraq kömək istəyirlər. Şikayətçilər Sabirabad rayon 1 saylı tam orta məktəbin direktoru Sevinc xanımın fəaliyyətindən narazıdırlar. Onlar bildirirlər ki, Sumqayıtın keçmiş deputatı Mirzəcan Xəlilovun qardaşı qızı olan Sevinc xanım məktəbi şəxsi müəssisəsi kimi idarə edir.

“Bir neçə müəllim istisna olmaqla demək olar ki, hamı ondan qorxur. Dərs saatlarını öz bildiyi kimi pay-püşk edən direktor müəllimlərin adına dərs yazaraq pulunu mənimsəyir. Məktəbdə dərnəklər keçirilmir,hətta jurnalları belə aylarla yazılmır. Direktor məktəbi biznes sahəsinə çevirib,yalnız pul toplamaqla məşğuldur. Onun məktəbin necə idarə olunmasından xəbəri yoxdur-pullarını toplayır,vəssalam. Bütün işləri isə müavini Yeganə müəllimə həyata keçirir. Məktəbdə kütləvi narazılıq hökm sürür

Məktəbin birinci siniflərinə şagird qəbulu kütləvi qanun pozuntuları ilə müşayət olunub. Belə ki, direktor müəyyən maraqlar çərçivəsində şagirdləri özünə yaxın olan müəllimlərin siniflərinə yönəldir.

Məktəbin inventarlarının çoxu yoxdur. Direktor təsərrüfat işləri üzrə müavini ilə əlbir olaraq inventarları satır. Bufet də onun nəzarətində işləyir.

Məktəbdə çoxlu adı olub özü olmayan ştatlar var. Həmin işlərə direktorun yaxınlarının adı yazılır, kartları isə Sevinc xanımın cibində olur. Hər ay onların adına yazılan külli miqdarda vəsait direktor tərəfindən mənimsənilir.

Öz bacısı diplomu olmadığı halda məktəbdə şahmat dərsləri deyir.

Məktəbdə baş verən qanunsuzluqlardan şikayət edəndə isə direktor hamını əmisi Mirzəcan Xəlilovla qorxudur.

Bilmirik M.Xəlilov məktəbin direktorudur,yoxsa Təhsil naziri?

Hörmətli Emin müəllim!

Sabirabadda 1 saylı tam orta məktəbdə təhsil adına böyük bir rəzalət yaşanır. Məktəbin direktoru təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir. Xahiş edirik məsələyə təcili müdaxilə edəsiniz. İnanırıq ki,bizim səsimizi eşidəcək, Azərbaycan təhsilini bu bəladan da xilas edəcəksiniz.”
Rubrika.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz