Axtarış...

"Göy mıncığı udan qız hamilə qaldı" - Azərbaycanda birinci siniflərə verilən dərslikdə BİABIRÇILIQ

"Göy mıncığı udan qız hamilə qaldı" - Azərbaycanda birinci siniflərə verilən dərslikdə BİABIRÇILIQ

Sosial şəbəkələrdə paylaşılan nağıl kitabı müzakirələrə səbəb olub. Belə ki, nağılda əxlaqsız və cinayət təbliğ edilir. Müəllimlərin azyaşlı uşaqlara bu cür nağıl kitablarını oxumağı məsləhət bilməsi nə dərəcədə doğrudur?

Bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil ekperti Kamran Əliyev bildirib ki, ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin kitabxanaları demək olar ki, düzgün və faydalı şəkildə istifadə olunmur:

“Məktəblərin kitabxanalarında şagirdlər üçün əlavə oxu materiallarının əhatə olunduğu ədəbiyyatlar göndərilsə də, məktəb direktorlarının səriştəsizliyi, sinif müəllimlərinin səhlənkarlığı, kitabxanaçının nəzarətsizliyi ucbatından bəzi hallarda şagirdlərin yaş xüsusiyyətlərinə, psixologiyalarına uyğun olmayan kitablar onlara verilir. Məktəb kitabxanalarının funksiyası tamamilə ayrıdır və onların balansına heç də ölkədə çap olunan bütün kitablar verilməməlidir. Kitabxana balansı siniflər üzrə şagirdlərin əldə etdikləri bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət etməlidir.Təəssüf ki, Təhsil nazirliyi və rayon təhsil şöbələri şagirdlərin əlavə oxu ədəbiyyatına nəzarət edə bilmirlər. Dünya təcrübəsində hər sinif üzrə şagirdlərin oxuya biləcəyi əlavə oxu materiallarınını kataloqu hazırlanır. O, pedaqoji şurada müzakirə olunaraq, psixoloqun və tibb xidmətinin rəyi nəzərə alınaraq hər bir sinif üzrə elan olunur. Amma bizdə bu belə deyil. Əlavə oxu materiallarının məqsədi və hədəfi olmalıdır. Bunu sinif, fənn müəllimi özbaşına, istəyinə uyğun olaraq təmin edə, qərar qəbul edə bilməz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz