Bakunews.az-a daxil olan məlumata görə, Aysun Məcidova və sinif yoldaşları təhsil aldığı sinif müəllimi tərəfindən dərs saatlarından əvvəl məktəbə çağrılmışdır. Maraqlı məqam bundan ibarətdir ki, küləkli hava nəzərə alınaraq bu addım atılıbsa niyə məhz bütün məktəb deyil, bir tək Aysun Məcidovanın oxuduğu sinif dərs saatı önə çəkilib. 9 saylı tam orta məktəbdə nizam intizam kobud şəkildə pozulması ilə bağlı dəfələrlə mediaya da qeydlər edilib. Amma çox təəssüflər olsun ki, direktor əvəzləyicisi Həqiqət Abdullayeva qanun tanımaması bir daha öz təsdiqini tapmaqdadır.
Əfsuslar olsun ki, onun 9 saylı məktəbə təyinatından sonra bir çox hadisələr və qalmaqalar yaşanmasına baxmayaraq hələdə vəzifəsində saxlanılması görünməyən qüvvə tərəfindən təmin edilməkdədir. Bir müəllim kimi ola bilsin ki, gözəl pedaqoq ola bilər amma bir idarəçi kimi səlahiyyətində olan məsələlərin tam şəkildə icrasını həyata keçirə bilməməsi isə açıq şəkildə göz önündədir. Şagirdlərin dərs saatlarından əvvəl çağırılması isə Azərbaycan Respublikasının Konstitusiyasında, Nazirlər Kabinetinin nümunəvi nizamnaməsinə və o cümlədən Təhsil haqqında qanunla yanaşı məktəb daxili nizamnaməsində də buna yol verilməməkdədir. Amma bu qədər külliyyatda yol verilməyən qanunlara məhz 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayeva izin verməkdədir. Hal-hazırda xəsarət alan 11 yaşlı körpənin taleyi heçdə məsul şəxslərin vecinə olmadığı kimi həmin məktəbdə təhsilində bərbad halda olması qaçınılmazdır.
Bütün bunlarla bağlı araşdırma aparıllıb aparılmaması ilə barədə heç bir rəsmi qurum açıqlama verməyib.
Yazıda adı keçən şəxslərin mövqeyini dinləməyə hazırıq.
****
Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.
Hadisə şəhərin Katec qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.
A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. (Report)