Axtarış...

Əflatun Amaşovun bacısı oğlu həbs edildi — Atası bu vəzifədə çalışır

Əflatun Amaşovun bacısı oğlu həbs edildi — Atası bu vəzifədə çalışır

Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.

Millitv.az demokrat.az-a istinadla xəbər verir ki, Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.

Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Səməd Səmədov Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun bacısı oğludur. Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz