Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və”Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmənin qərarı ilə V. Səfərli və N. Məmmədovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.