Axtarış...

Standartlaşdırma İnstitunun direktoru Saleh Səmədovun qardaşı Atababa Səmədovun “standart” saxtakarlığı

Standartlaşdırma İnstitunun direktoru Saleh Səmədovun qardaşı Atababa Səmədovun “standart” saxtakarlığı

İqtisadiyyat nazirliyinin strukturlarından birinin - Standartlaşdırma İnstitunun direktoru Saleh Səmədovun qardaşı Atababa Səmədov bir neçə ay əvvəl dələduzluğa görə həbs edilib.

İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, Atababa Səmədov ayrı – ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. Mənbənin bildirdiyinə görə Atababa Səmədov aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Uzun müddətli vədlərdən yorulan pul sahibləri pullarını ala bilmədikləri üçün bir neçə ay əvvəl prokurorluq orqanlarına müraciət ediblər. Nəticədə Atababa Səmədov haqqında həbs qəti imkan tədbiri seçilib. Onu da xatırladaq ki, Saleh Səmədov dövlət vəzifəsində çalışmaqla paralel, böyük biznesə sahibdir. İmişlidə araq, konyak, pivə, kolbasa və şirələr istehsal edən zavoda, bir neçə hektarlıq kənd təsərrüfatı məhsulları istehsal edilən istixanaya, fermaya və s. sahib olan Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov İmişli rayon Polis Şöbəsində rəis köməkçisi işləyir. Onu da xatırladaq ki, Sahib Səmədov bir neçə il öncə Yardımlı rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb. Irandan gətirilən külli miqdarda narkotikanın dövriyyədən çıxarılma əməliyyatından sonra vəzifəsindən azad edilmişdi.

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən şəxslərində mövqelərini də dərc edə bilər.

BakuNews.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz