Axtarış...

Səməd Seyidov: “Ermənilər AŞPA-nın komitələrində müzakirələrdən qaçıb”


MilliTV.az

“Dağlıq Qarabağda qanunsuz məskunlaşma ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldik. Belə müraciətlər ünvanlandı. AŞPA Prezidentinə və Baş Katibinə də belə müraciət edildi”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S. Səmədov deyib ki, AŞPA-nın komitələrinin onlayn iclaslarında ermənilər bu müzakirələrdən qaçıb: “Çünki bu, beynəlxalq cinayətdir. Ermənistan və Paşinyan dünyaya yalan danışaraq, Dağlıq Qarabağda qanunsuz köçürməni həyata keçirmədiyini deyir, bunu qondarma rejimin üzərinə atmağa çalışır. O rejim bunu həyata keçirmək imkanında deyil. Ermənilər xislətlərini dünyaya nümayiş etdirirlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz