Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.
Sessiya müddətində nümayəndə heyətimiz öz işini həmişəki qaydada həyata keçirəcək. Deputatlarımız həftə ərzində ölkəmizi maraqlandıran məsələlərlə məşğul olmağa başlayıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq