Ermənilərin xəstə təfəkkürə malik olması sirr deyil. Uzun illərdir yalançı tarix formalaşdıraraq, bütün dünyanı inandırmağa çalışırlar ki, “dənizdən dənizə” onların ölkələridir. Xüsusən də türklərin yaşadığı coğrafiyaya iddiaları daha qabarıqdır.
Millitv.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bir müddət əvvəl İrəvanda aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan tarixi abidələr barədə elmi “məqalə” yazan erməni “alim”lər iddia etmişdilər ki, oradan tapılan tarixi nümunələr əsasında müəyyən ediblər ki, Ermənistan dövləti hələ I-II əsrlərdə mövcud olub və onun sərhədləri Stravrapoldan başlayıb, Fars körfəzində bitib. Bu şizofreniyadan başqa bir şey deyil. Zaman içində bu xəstəliklərini onların üzünə vurduqda isə hər dəfəsində daha sərsəm iddialarla çıxış edirlər. Onlardan daha biri bu günlərdə gündəmə gətirlib.
“Fakt” qəzetində çıxış edən erməni “alimçə” (maraqlıdır ki, adı qeyd olunmayıb) iddia edib ki, guya, Azərbaycan Qarabağda “qədim erməni irisini” məhv edir. Söhbətin hansı “irs”dən getdiyi isə məlum deyil. Ümumilikdə, Qarabağda “erməni irsi” anlayışı yoxdur. Əgər söhbət kilsələrdən gedirsə, onların albanlara məxsus olduğunu bütün dünya təsdiq edir. Mümkündür ki, erməni “alimçə” uksuslayıb, yerə basdıqdıqları və sonradan “qədim erməni xaçı” deyib, dünyayay yaydıqları daş-kəsəyi nəzərdə tutur.
Bundan başqa, həmin “alimçə” bir qədər də irəli gedərək, Qarabağla bağlı xəyal etdikləri yalanı dilə gətirib. Məsələn, o deyib ki, Qarabağ sadəcə bir məkan deyil, guya, bütöv bir erməni mədəniyyəti və tarixidir. 200 il bundan əvvəl köç etdikləri (rusların sayəsində) torpaqlarımızı öz adalarına çıxmaları həyasızlığın ən son həddidir.
Amma bu “alimçə” o qədər həyasız iddialara baş vurub ki, gülməkdən keçməmək mümkün deyil. Onun yazdıqlarını olduğu kimi təqdim edirik: “Yeri gəlmişkən, əgər bir gün Azərbaycan paytaxt Bakıda erməni izini yox etmək qərarına gəlsə, o zaman Bakıdakı bütün möhtəşəm tikililəri dağıtmalı olacaq. Çünki Bakı ermənilər tərəfindən tikilib, Bakıya çevrilib. Erməni izi isə hər yerdə, erməni neft biznesmenlərindən tutmuş, mədəniyyət və memarlıqla bitir. Tarix bütün bunları sənədləşdirib. Ona görə də nə qədər ermənilərin adını dərsliklərdə gizlətsələr də, tikdikləri binalar canlı şahiddir: Bakıda ən yaxşı binaları erməni memarları tikiblər”.
Bu artıq həyasızlıq da deyil. Bu hər nədirsə, xəstəlik mərhəsləini də aşıb. Bakının erməni şəhəri olması, guya, burada erməni neftxudalarının varlığı, nə bilib bina tikməsi artıq nonsensdir. İşin dəhşətli tərəfi odur ki, bunu alim adına iddia edən biriləri deyir. Yəni, bir xalqın tarixçisi bu qədər saxtakar, yalançı və həyasızdırsa, onun sıravi vətəndaşından tutarlı nəsə gözləməyin yeri yoxdur.