Axtarış...

Ermənilərin Azərbaycana qarşı SANKSİYA TƏXRİBATI... - BAŞ TUTA BİLƏRMİ?

Ermənilərin Azərbaycana qarşı SANKSİYA TƏXRİBATI... - BAŞ TUTA BİLƏRMİ?

Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgin olaraq qalır. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusu may ayının 12-dən etibarən dövlət sərhədlərimizi bərpa etmək məqsədi ilə mövqe dəyişikləri edir, yeni postlar qurur.

Lakin erməni tərəfi iddia edir ki, guya, həmin ərazilər onlara məxsusdur və Azərbaycan hərbçiləri ərazini tərk etməlidirlər. Bu əsnada, ötən gün Ermənistan ordusunun bir qrup kəşfiyyat-diversiya qrupu hərbi birləşmələrimizin arxasına keçərək, əsas təminat yollarını minalayarkən əsir götürülüblər.

Məsələ ilə bağlı Avropa Birliyi, ayrı-ayrı dövlətlərin bəyanatları, habelə ABŞ-ın yanaşması isə hər bir müzakirə mövzusudur. Adları sadalanan ölkələr bəyan edirlər ki, əsas məsələ sərhəddəki gərginliyi aradan qaldırmaq, bunun ardından isə delimitasiya və demarkasiya işlərinə başlamaqdır. ABŞ məsələ ilə bağlı artıq təkilfini verib və bildirib ki, sərhədlərin müəyyən edilməsində yardımçı ola bilərlər. Eyni bəyanatla Avropa Birliyi də çıxış edib.

Amma dünəndən etibarən ABŞ-da bir qrup ermənipərəst konqresmen Konqresin qarşısında məsələ qaldırıb. JAMAZ.İNFO xəbər verir ki, onlar Vaşinqtondan Bakıya təsir etməsini, Azərbaycan Ordusunun geri çəkilməsini tələb etməsini istəyirlər. Bu azmış kimi, həmin konqresmenlər Azərbaycana qarşı sərhədd məsələsinə görə, ağır sanksiyaların tətbiq edilməsini də istəyirlər. Hətta bununla bağlı Konqresə layihə-sənəd də təqdim ediblər.

Qeyd edək ki, Amerikadakı erməni diasporu “sənəd”in Konqresdən keçməsi üçün daha çox konqresmeni cəlb etməyə çalışırlar. Bunun üçün hətta ciddi rəqəmlərlə ifadə olunan rüşvətlərin təklif olunduğuna dair iddialar da var. Hərçənd ABŞ-ın belə bir addım atacağı, bir qrup konqresmenə görə, Azərbaycana sanksiya tətbiq edəcəyi inandırıcı görünmür. Lakin ermənilər daha çox konqresmenin saqqızını oğurlayarsa, o zaman belə bir qanun layihəsinin Konqresdən keçməsi mümkündür. Ona görə də, Azərbaycanın diplomatik korpusları iş böyüməmiş, prosesin qarşısını almaq üçün addımlar atmalıdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz