Axtarış...

Rəsmi İrəvan Yaponiyanı təhqir etdi


İnkişaf edən və güclü dövlətlər heç vaxt yekcins olmur və hər zaman başqa millətləri yetişdirərək güclənirlər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Diaspor məsələləri üzrə komissarı Zare Sinanyan “Azadlıq” radiosunun Ermənistandakı bürosuna verdiyi müsahibədə deyib.

Sinanyanın sözlərinə görə, erməni kralları Argişti və Böyük Tiqran həmişə xarici millətləri gətirib “Ermənistanda yerləşdirmək” barədə danışıblar.

Onun sözlərinə görə, ada dövlətləri istisnadır:

“Yaponlar isə bu nöqteyi-nəzərdən bir qədər fərqlidirlər: Yaponlar Koreya və çinlilərin sintezi olaraq 2000 il ərzində yapon xalqına çevriliblər.

İnkişaf etmiş heç bir kontinental böyük dövlət təkcə öz hesabına böyüməmişdir, başqa millətləri də mənimsəyərək buna nail olmuşdur. Təsəvvür edin ki, Ermənistan o qədər güclü bir dövlətə çevrilir ki, o, digər millətləri də özünə cəlb edə bilir. Bu, özlüyündə bir uğurdur”.

Qeyd edək ki, ermənilərin özlərinə uydurduğu ənənəvi yalançı tarix üzərində qurulan bu açıqlama “Ermənistan dövləti” və “erməni xalqının böyüklüyü” nağıllarına görə yox, qədim tarixi olan, möhtəşəm imperiyaları ilə tanınan qüdrətli yapon xalqını “sintezdən yaranan” hibrid xalq adlandırmaqla, həddən artıq aşağıladığı üçün diqqət çəkir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz