Axtarış...

"Belə şərəfsizlik, qanunsuzluq olar? - Sabir Rüstəmxanlı AZAL-ı kəskin tənqid etdi

"Belə şərəfsizlik, qanunsuzluq olar? - Sabir Rüstəmxanlı AZAL-ı kəskin tənqid etdi

AZAL-ın Bakı-Minvod reysi üzrə hərəkət etməli olan təyyarəsi gecikib.

Bu barədə millət vəkili Sabir Rüstəmxanlı özünün Feysbuk hesabında yazıb.

S. Rüstəmxanlının sözlərinə görə, 200 nəfər Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır Minvoda uçmaq üçün təyyarə gözləyirlər:

"Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?"

Qeyd edək ki, AZAL-ın prezidenti Cahangir Əsgərovdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz