Axtarış...

Ramiz Mehdiyevin işçisi BDU-nun 128 min manatlıq 4 tenderində qalib oldu - FOTOFAKT

Ramiz Mehdiyevin işçisi BDU-nun 128 min manatlıq 4 tenderində qalib oldu - FOTOFAKT

Bu ilin oktyabr ayının 29-da Bakı Dövlət Universiteti (BDU) tərəfindən elan olunan 4 tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC (VÖEN-1003279381) olub.

Millitv.az-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderlərin ümumi dəyəri 127 min 652 manat 10 qəpik olub.
“Aysberq KMT” MMC dekabr ayında keçirilməsi nəzərdə tutulan, aşağıda qeyd olunan beynəlxalq konfranslar üçün BDU-ya iş və xidmətlər təqdim edəcək:
- Lütfi Zadənin 100 illiyinə həsr olunan “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans – 23 min 523 manat,
- “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans – 44 min 648 manat 70 qəpik,
- “Hüquq” mövzusunda beynəlxalq elmi konfrans – 34 min 281 manat 40 qəpik,
- “Nizami Gəncəvi 880” mövzusunda beynəlxalq elmi konfrans – 25 min 199 manat.

Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.

Qeyd edək ki, “Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.

Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.

Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”-də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.

AMEA-nın tenderlərində qalib olan “Aysberq KMT” MMC və “Servis və Supley Ltd” MMC-lərin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
O zaman məsələ ilə bağlı Yeniavaz.com-a açıqlma verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirmişdir ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.

Amma çox qəribədir ki, Kəmalə Rasimli şirkətin qanuni təmsilçiliyindən bu ilin may ayının 8-də ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”-da yerləşir.

Belə görünür ki, Kəmalə Rasimli “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil versə də, “Aysberq KMT” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil verməyi unudub.

Ramiz Mehdiyevin işçisi BDU-nun 128 min manatlıq 4 tenderində qalib oldu - FOTOFAKT
Ramiz Mehdiyevin işçisi BDU-nun 128 min manatlıq 4 tenderində qalib oldu - FOTOFAKT
Ramiz Mehdiyevin işçisi BDU-nun 128 min manatlıq 4 tenderində qalib oldu - FOTOFAKT
Ramiz Mehdiyevin işçisi BDU-nun 128 min manatlıq 4 tenderində qalib oldu - FOTOFAKT
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz