Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı (“Gömrük Hospitalı”) tərəfindən 8 lot üzrə keçirilən tender müsabiqələrinin (təkliflər sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Gömrük Hospitalı” tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “Azərimed” QSC olub.
“Azərimed” QSC COVİD-19 infeksiyasına qarşı müvafiq tədbirlərin görülməsi məqsədilə “Gömrük Hospitalı”na aşağıdakı dərman vasitələrini satacaq.
1. Antifunqal və İmmunomodulə edici dərman vasitələri - 996 min 735 manat 62 qəpik
2. İmmunostimulə edici dərman vasitələri - 987 min 182 manat 21 qəpik
3. Antiviral dərman vasitələri – 931 min 682 manat 29 qəpik
4. Narkotik və Hepatoprotektor dərman vasitələri – 520 min 760 manat 55 qəpik
5. Antibakterial və Mukolitik dərman vasitələri – 602 min 367 manat 1 qəpik
6. Reaktiv və PZR testləri - 902 min 348 manat 76 qəpik
7. İntensiv terapiya tibbi ləvazimatları – 126 min 465 manat 30 qəpik
8. Tibbi ləvazimat və dezinfeksiya vasitələri – 925 min 727 manat 5 qəpik
“Gömrük Hospitalı” ümumi dəyəri 5 milyon 993 min manatdan çox olan dərman vasitələri almaq üçün 21.04.2021-ci il saat 17:01-da tender müsabiqəsi elan olunub. Sənəd qəbulu isə 22.04.2021-ci il saat 09:00-da başlayıb.
Məlumat üçün bilirək ki, Nizamnamə kapitalı 10 000 manat olan “Azərimed” QSC -nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Qeyd edək ki, uzun illərdir mətbuatda “Azərimed” QSC–nin sahibinin millət vəkili Kəmaləddin Qafarov olduğu yazılır.