Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixində AMEA-nın 55 həqiqi üzvünün iştirak etdiyi gizli səsvermənin nəticələrinə əsasən alternativsiz namizəd olaraq yekdilliklə qurumun prezidenti seçilib.
Millitv.az Yeniavaz.com a istinadən xəbər verir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra Akademiyanın institutları, elmi müəssisə və təşkilatları tərəfindən təxminən 3,9 milyon manatlıq tender müsabiqəsi keçirilib.
Son10 ay ərzində AMEA-nın institutları, elmi müəssisə və təşkilatları dövlət büdcəsindən ayrılan vəsaitləri tender müsabiqələri vasitəsilə əsasən aşağıdakı istiqamətlərdə xərcləyiblər.
Mətbəə, çap məhsulları, dəftərxana və təsərrüfat malları ilə bağlı xərclər (kitab, jurnal və s.) – 1 milyon 322 min manat
Maşın, avadanlıq, inventar, xüsusi geyimlər, təsərrüfat malları və s. ilə bağlı xərclər – 1 milyon 252 min manat
Elmi-tədqiqat, proqram təminatı və s. işlər ilə bağlı xərclər – 761 min manat
Cari təmir işləri ilə bağlı xərclər – 304 min manat
Konfrans, seminar, simpozim, sesiya, ekspozisiya, film çəkilişi və s. üçün xərclər – 214 min manat