Bu ilin yanvar-dekabr aylarında Oğuz rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 396 min 544 manat olan 23 tender keçirilib.
FED.az-ın məlumatına görə, ən çox tender keçirən Oğuz rayon Mərkəzi Xəstəxanası olub. Mərkəzi Xəstəxana 10 tenderə 129 min 861 manat xərcləyib. 10 tenderin 9-nu "İLKİN-N" MMC şirkəti qalib gəlib. 9 tenderin müqaviləsinin ümumi məbləği 115 min 913 manatdır.
Tenderlərin ümumi məbləğinə görə ən böyük məbləğ Oğuz Rayon İcra Hakimiyyəti olub. 2019-cu il yanvar-dekabr Oğuz Rayon İcra Hakimiyyəti 6 tender müqaviləsi bağlayıb. İcra Hakimiyyəti 6 tenderə 929 min 654 manat xərcləyib.
Oğuz Suvarma Sistemləri İdarəsi keçirdiyi 6 tenderin qalibi "AYSBERQ SH" MMC şirkəti olub. Şirkətlə dövlət qurumu arasında bağlanan müqavilələrin ümumi məbləği 288 min manatdır.