Axtarış...

Müəllimlərə pul yığmağı tapşırdığı iddia olunan direktorla bağlı yeni faktlar - VİDEO

Müəllimlərə pul yığmağı tapşırdığı iddia olunan direktorla bağlı yeni faktlar - VİDEO

Sosial şəbəkədə Bakının Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya aid olduğu iddia olunan səs yazısı yayılıb.

Səs yazısında Valideyn-Müəllim Assosiasiyası (VMA) tərəfindən yığılan üzvlük haqqını ödəməyən valideynlərdən puu toplamaq tələb edilir.

Qaynarinfo səs yazısı yayılan direktorun kimliyini araşdırıb. Məlum olub ki, Kuliyeva Ceyran Bədrəddin qızı "Məktəb direktorunun idarəetmə üslubu və kollektivdə psixoloji mühitin formalaşmasına onun təsiri” adlı elmi işin müəllifidir. Məktəb direktoru bu elmi işə görə kitab çap edib və Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya sahəsi üzrə fəlsəfə direktoru alimlik dərəcəsi adı alıb.
Müəllimlərə pul yığmağı tapşırdığı iddia olunan direktorla bağlı yeni faktlar - VİDEO

Ceyran Kuliyeva "Məktəb direktorunun idarəetmə üslubu və kollektivdə psixoloji mühitin formalaşmasına onun təsiri” adlı kitabında qeyd edir ki, pedaqoji kollektivin idarə olunması vəziyətinin təhlili hələ də idarəetmə mədəniyyətinin məktəbin inkişafı prosesindən geridə qaldığını göstərir: "İdarəetmə mədəniyyətini yüksəltmək üçün ilk növbədə idarəetmə üslubu və onun ünsiyyəti dəyişməlidir. Müşahidə və tədqiqatlar göstərir ki, bir çox hallarda məktəb direktoru müntəzəm olaraq gündəlik problemlərin həlli ilə məşğul olur, öz vaxtını və fəaliyyətini planlaşdırmağı bacarmır, vaxtının böyük hissəsini ikinci dərəcəli işlərin həllinə sərf edir. Nəticədə o, başlıca olanları görə bilmir, məktəbin kollektiv üzvlərinin inkişafına təsirdən kənarda qalır. Belə məktəb direktorları bir qayda olaraq kollektivi operativ şəkildə idarə edə bilmir”.

Qeyd edək ki, Ceyran Kuliyeva ilə bağlı KİV-lərdə müxtəlif məlumatlar dərc edilib. 2019-cu ildə də məktəbdə pul yığmağa görə bir sıra müəllimlər ondan narazılıq etmişlər. İbtidai sinif müəllimi Səyyarə Əliyeva sözügedən məktəbin direktoru barədə də müraciət yaymışdı. Müraciətdə öncə iddia edib ki, məktəb təmir olunduqdan sonra birinci sinif müəllimləri təzə sinif götürəndə 2 min manat "şirinlik” istəyirmiş.

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib. İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib. O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz