Axtarış...

Cəlilabadda başçının adından pul yığılır - İDDİA



Cəlilabad təhsilində rüşvət bütün sahələri üstələyir.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Beləki, Təhsil Nazirliyin əmrinə əsasən Araz Babayev rayonun Sabirabad kənd 1 saylı tam orta məktəb direktoru təyin edilib. Lakin A. Babayevin işinə bəzi əngəllər törədilir.

Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nazğıyev icra başçısının adından gələrək yüksək məbləğdə “hörmət” tələb edir. Təhsil Nazirliyinin əmri isə tələb olunan “hörmətdən” sonra quvvəyə minəcək. Ölkə başçısının “rüşvət gündəlikdən yığışdırılmalıdır” tələbi icra başçısını qane etmir. Əks təqdirdə A. Babayev əmrə əsasən Sabirabad kənd 1 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmalı idi.

Görünür, Cəlilabad RİH başçısı Namiq Zeynalaov rayon rəhbərliyi kimi deyil, hansısa məktəb direktoruna haqq qoymaqla işini bitmiş hesab edir. Dosye.org-a göndərilən səs yazısında aydın dinlənilir ki, icra hümayindəsi R. Nağıyev yeni təyin olunan məktəb direktorunu rüşvət yığmaqda və onu aktiv olmağa səsləyir.

Onun dediyinə görə, hər müəllimdən 20 manat yığmaqla məsələni həll edəcəyini bildirir. Bütün bunlar birbaşa rayon rəhbərliyinin sifarişidir və icra nümayindələri taşırılan işi icra etməklə özləri icra başçısı yanında hörmətli edəcəklərni düşünürlər. Əslində, Rafail Nağıyevi bu yola vadar edən məhz onun üzərinə götürdüyü “məsuliyyətli” işdir.

Məlumat saytda yayımlanmazdan əvvəl Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nazğıyevlə telefon əlaqəsi yaratdıq. Səs yazısını montaj olunduğunu deyən icra nümayindəsi məsuliyyətdən yayınmağa çalışdı. Hətta əməkdaşımızı məhkəmə ilə hədələməkdən belə çəkinmədi. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

dosye.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz