Axtarış...

İşdən qovulan məktəb direktoru ölən Elinanın anasına SUSMASI ÜÇÜN TORPAQ SAHƏSİ TƏKLİF ETDİ - ŞOK

İşdən qovulan məktəb direktoru ölən Elinanın anasına SUSMASI ÜÇÜN TORPAQ SAHƏSİ TƏKLİF ETDİ - ŞOK

"Mən qızımın qanını yerdə qoymayacağam. Ədalətin bərqərar olması üçün bu işin sonuna qədər gedəcəyəm. Çünki mənim balam çox təmiz və mələk idi. Mən həmin direktorun və ya bundan sonra müəllimə işləyəcəksə müəllimə kimi digər anaların uşaqlarını məhv etməsinə icazə verməyəcəm".

Bu sözləri news24.az-a açıqlamasında özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən mərhum Elina Hacıyevanın anası Sevil Hacıyeva deyib. O, ötən gün 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın onun və Elinanın haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı da danışıb.

Yenicə balasını itirmiş ana baş vermiş hadisəylə bağlı Sevinc Abbasovanı məhkəməyə verəcəyini də açıqlayıb:
"Mən onu məhkəməyə verəcəyəm. Hazırda araşdırmanın nəticəsini gözləyirəm. Bu iş belə qalmayacaq. Utanmadan məktəbin direktoru Sevinc Abbasova mənim yanıma gəlib, Badamdar qəsəbəsində ən bahalı yerdə torpaq sahəsi təklif etdi ki, bircə mən danışmayım və məsələ bağlansın. Onu evdən qovdum..."!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz