Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlar başa çatıb.
Görüş iki saatdan bir qədər artıq davam edib.
Liderlərin söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyət və NATO-nun şərqə doğru genişlənməsi, strateji sabitlik məsələləri və ikitərəfli gündəlik müzakirə olunub. Həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxunulub.
Qeyd edək ki, iki lider arasında bugünkü görüş Baydenin ABŞ prezidenti vəzifəsinə gəlişindən bəri beşincidir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıb, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.