“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın təkbətək söhbət aparmasını istəmirdim”.
“RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun kitabında yazılıb.
Müəllifin sözlərinə görə, Helsinkidə Rusiya-ABŞ sammitindən öncə saat yarımlıq görüş zamanı V.Putin onu öz sakitliyi və müxtəlif məsələlərin müzakirəsində əminliyi ilə heyran edib.
Bundan əlavə, Rusiya lideri Moskvanın milli təhlükəsizlik sahəsində prioritetlərini tam şəkildə anladığını nümayiş etdirib.
“Mən onu Trampla otaqda təkbətək qoymaq istəməzdim”, - deyə C.Bolton bildirib.