Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.
Söhbət zamanı Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüşməyi təklif edib.
Putin Baydenə Ukraynada siyasi həll yolu ilə bağlı yanaşmaları açıqlayıb.
Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
Liderlər ikitərəfli əlaqələri və beynəlxalq məsələləri müzakirə ediblər.