Axtarış...

"SƏBA"nın BROYLER BÖLÜCÜLÜYÜ... - Bölənimiz az idi, biri də fermadan çıxdı...

"SƏBA"nın BROYLER BÖLÜCÜLÜYÜ... - Bölənimiz az idi, biri də fermadan çıxdı...


“Səba” şirkəti məzhəbçiliyi təbliğ etməklə məşğuldur. TİA.Az-ın xəbərinə görə, şirkətin istehsal etdiyi broylerlərin etiketində İslam dinin sünni məzhəblərinin adları qeyd olunub.
Sosial mediada yayılan foto faktdan da görünür ki, “Səba şirkəti toyuq məhsulunun üzərində hənəfi, hafi, maliki, hanbali məzhəblərinin adlarını yazıb. İslam dinin məzhəblərinin bir qisminin toyuq məhsulunun üzərində göstərilməsi həm dini ayrı-seçkilikdir, həm dinin alət olunmasıdır.
Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, məhsulun üstündə “halal” yazılması ilə sözügedən məzhəblərin qulluqçularına bu toyuqların halal olduğu mesaj verilib. Belə çıxır ki, digər dinlərin, təriqətlərin üzvləri üçün “Səba” toyuqları nəzərdə tutulmayıb. Qeyd edək ki, ekspertlər “Səba” toyuqlarının geni modifikasiya edilmiş məhsullar olduğunu iddia edirdilər. İndi GMO hara, halallıq hara, məzhəbçilik hara…

"SƏBA"nın BROYLER BÖLÜCÜLÜYÜ... - Bölənimiz az idi, biri də fermadan çıxdı...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz