Bakıda mağazadan evinə “Best beef” firmasına aid servelat kolbasası alan istehlakçı peşman olub. Ailəsinə və uşaqlarına bu firmanın məhsulunu dadızdırmaq üçün kolbasanı doğrayan müştəri içindən yad cisim çıxdığına şahid olub. Bu barədə Reportyor.info-ya göndərilən foto və video faktdan görünür. Kolbasanın içindən qəribə yad maddə çıxıb və yeyilməz bir halda olduğu görünüb. Qeyd edək ki, “Best beef” firmasının kolbasa və sosislərindən ilk dəfə şikayət edilmir. Bundan qabaq da şirkətin kolbasasından tük çıxmışdı. Bir neçə əvvəl isə halal sertifikatı ilə bazara çıxan məhsulların halal olmadığı, donuz piyi qatıldığı rəsmi qurum tərəfindən aşkarlanmışdı. Ehtiram və Malik qardaşları tərəfindən idarə edilən şirkətin qeyri-rəsmi himayəçisi Qafqazın Şeyxi Allahşükür Paşazadə olduğu iddia edilir.