Kristal CF” MMC kolbasa şirkəti haqda ayrı-ayrı KİV-lərdə yazılanlar istehlakçıları narahat etməyə başlayıb.
Sosial şəbəkələrdə bu firmanın məhsullarını almış müştərilər sual edirlər ki, mediada gedən məlumatlar həqiqətdirsə, onda “Kristal CF” MMC-dən uzaq olmaq lazımdır.
Bir müddət əvvəl axar.az “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması ilə bağlı xəbər yayımlamışdı. Firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola biləcəyini vurğulanmışdı.
Bir neçə il öncə “CF” və “KRİSTAL” kolbasalarının halal olmadığı aşkar edilib. Bununla bağlı məqaləni Trend.az informasiya agentliyi yayıb. İstehlakçılar adıçəkilən etibarlı informasiya mənbələrinə inanırlar və şirkətə olan etimad azalmaqdadır.
Bu arada firmanın həmtəsisçisi Fəxrəddin Fərhadov barədə iddialar yayılıb. Demokrat.az xəbər verib ki, Fəxrəddin bəyin qızının instaqramda cütlük səhifəsi fəaliyyət göstərir.
Elmira və Tural adlı səhifələrində tez-tez paylaşım edən cütlüyün instagram üzərində 300 minə yaxın izləyicisi var. Cütlük tez-tez dəbdəbəli məclisləri və görüntüləri ilə diqqətdədir.
Fəxrəddin bəyə məxsus olan villanı izləyicilər hətta otel və istirahət mərkəzinə bənzədiblər. Yeri gəlmişkən, onların “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri də var.
Bu şirkət Cəfər və Fəxrəddin adlı iş adamlar tərəfindən qurulub. Firmanın adı da məhz sahibkarların adlarının baş hərfi ilə bağlıdır.
“Kristal CF” kolbasa məhsullarının halal olmadığı, donuz piyindən istifadə edildiyi də dövlət orqanları tərəfindən rəsmi şəkildə açıqlanıb.
Bir neçə il əvvəl İqtisadiyyat Nazirliyinin yoxlaması zamanı müəssisədə istehsal olunan “CF” və “Kristal” əmtəə nişanlı ət məhsullarının tərkibində donuz əti və piyi aşkarlanmışdı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şirkəti 5000 manat cərimələmişdi.
Mətbuatda gedən xəbərlərə görə, “Kristal CF” ət və ət məhsulları istehsal edən müəssisədə sanitar-gigenik qaydalara əməl olunmur. Xammalın saxlama yeri, istehsal sahəsi, hazır məhsulların saxlanma yerləri heç bir sanitariya normalarına cavab vermir.
Bundan əlavə kolbasa və sosiska məhsulları mövcud resepturaya uyğun hazırlanmır. Məhsulların markalanması da tələblərə cavab vermir.
Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və s. materiallar qatırlar. Yalançı halal standartı adı altında məhsullar istehsal edirlər. Qafqaz Müsəlmanlar İdarəsi də “Kristal CF” şirkətinin kolbasa məhsullarına halallıq verməyib.
Bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Kristal CF» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunmuşdu.
Dosye.org yazmışdı ki, ölkədə sahibkarlara, iş adamlarına münbit şərait yaradıldıqca bəzi işbazlar bundan öz şəxsi maraqları naminə istifadə etməyə, asan yolla daha çox gəlir əldə etmək üçün istehlakçılara kələk gəlməyə, keyfiyyətsiz məhsulları dəyərindən bir neçə dəfə baha qiymətə satmağa, bir sözlə fırıldaqçılıqla məşğul olmağa başlayıblar.
Düzdür, onların əməlləri müvafiq dövlət qurumları tərəfindən ifşa olunsa da, təəssüf ki, bu cür şirkətlər hələ də qalmaqdadır.
«Kristal CF» MMC-nin istehsal etdiyi sosiska və kolbasalar bu gün şəhərin müxtəlif mağazalarında, o cümlədən böyük supermarketlərdə istehlakçılara təqdim olunsa da, şirkətin məhsullarının keyfiyyəti standartlara cavab vermir.
Belə ki, bir müddət öncə, üzərində «halal» sözü yazılmış kolbasadan donuz əti və piyi çıxıb. Hadisə paytaxtın 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən «Araz» supermarketlər şəbəkəsində qeydə alınıb.
Bundan başqa, «Halal» etiketindən istifadə edərək markalanmış «Kristal CF» əmtəə nişanlı «Baranina» kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Bu isə onu deməyə əsas verir ki, «Kristal CF» MMC halala haram qatır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
XalqXeber.Az