Axtarış...

Qarabağdakı bölmələrimizin QIŞA HAZIRLIĞI NƏ YERDƏDİR? - "Kazarmalar hər yerdə tikilməyib, şəxsi heyətin sayı çoxdur"

Qarabağdakı bölmələrimizin QIŞA HAZIRLIĞI NƏ YERDƏDİR? - "Kazarmalar hər yerdə tikilməyib, şəxsi heyətin sayı çoxdur"

“Qış mövsümünə hazırlıq başa çatıb. Təbii ki, müəyyən problemlər olacaq. Düşünürəm ki, səhra şəraitinə uyğun ordunun təminatında ciddi problemlər olmayacaq”.

Bunu qış mövsümünün gəlməsi ilə əlaqədar Qarabağda yerləşən bölmələrin təminatı və hazırlığın səviyyəsini şərh edən ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, qış mövsümünə hazırlığa avqust ayında start verilib:

“Dağlıq hissələrdə Azərbaycan Ordusunun qurduğu postlar arasında, demək olar ki, 80-90 faiz əlaqə yolları çəkilib. O yollar olmasa, tədarükü təmin etmək mümkünsüzdür. Dağlıq olan yerlərdə əlavə traktorlar üçün ştat açılıb. Həmin tarktorlar daim yollara nəzarət edir. Necə ki, əvvəl Murov istiqamətindəki bölmələrimizlə əlaqə yolu daim nəzarətə idi, indi də dağlıq ərazilərdəki bölmələrlə yollar nəzarətdədir. Qarın təmizlənməsi, yolların nizamlanmasına ciddi diqqət ayrılır. Təminat, əlbəttə, çətindir. Təminat deyəndə təkcə yemək nəzərədə tutulmamalıdır. Yanacaq, sürtkü materialları, peçlərin qurulması, paltar tədarükü və digərləri sentyabr ayında başa çatmalı idi. Hesab edirəm ki, bu tədarüklər görülüb.

Kazarmalar hər yerdə tikilməyib. Şəxsi heyətin sayı çoxdur. Onu təmin etmək üçün müddət az idi. Hesab edirəm ki, səhra şəraitinə uyğun təminat olacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz