"Azərbaycanın bütün məktəblərində istilik sistemləri hər il olduğu kimi, bu il də noyabr ayının 15-dən işə düşəcək".
Bunu "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Bakı və regionlardakı təhsil müəssisələrinin qış mövsümünə hazırlığı ilə bağlı bu ilin yayından müvafiq işlər aparılır.
"Qarşıya çıxan problemlər aradan qaldırılır. Bəzi təhsil müəssisələrində daxili istilik sistemində problemlər olmasa da, müəyyən çətinliklər aşkarlanır. Bu məsələlərin həlli istiqamətində cavabdeh qurumlarla işlər aparılmaqdadır".