Axtarış...

Cahangir Əsgərovun gizli şirkəti – 618 minlik tender qalmaqalı

Cahangir Əsgərovun gizli şirkəti – 618 minlik tender qalmaqalı
“Azərbaycan Hava Yolları” QSC (AZAL) şirkətin əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik daşınması xidmətlərinin satınalınması üzrə tenderə yekun vurub. JAMAZ.İNFO xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Airport Gate Service” MMC-dir.

AZAL göstərilən xidmət müqabilində şirkətə 618 000 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Airport Gate Service” MMC 30 mart 2016-cı il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 606 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mehbala Zeynalabdiyev küçəsi, ev 8, mənzil 28-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məmməd Mirzə Ağahüseyn oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı qeyd yoxdur. Araşdırmalar zamanı isə aydın olub ki, “Airport Gate Service” MMC “Silk Way Holding” MMC-yə daxildir. Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə isə bu şirkət AZAL-ın prezidenti Cahangir Əsgərova və ailə üzvlərinə məxsusdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz