Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayonunda iri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi məqsədi ilə elan etdiyi açıq tenderin nəticəsi məlum olub.
Tenderin qalibi “Fasad-F” MMC-dir.
Qalib şirkətə 12 750 533 manat ödəniləcək.
Adıçəkilən şirkət 2016-cı ilin oktyabr ayında fiziki şəxs olan Fəxri Cəfərov Aydın oğlu tərəfindən təsis edilib və nizamnamə kapitalı 100 manat təşkil edir.
Mediatv.az