Axtarış...

"Rüşvət verməyə imkanım olmadığı üçün bizim evimizlə maraqlanan olmadı..." - GİLEY

"Rüşvət verməyə imkanım olmadığı üçün bizim evimizlə maraqlanan olmadı..." - GİLEY
Ağsu rayon Qaraqaşlı kənd sakini Qədirova Nadirə Nadir qızı Sozcu.az saytı vasitəsi ilə prezident İlham Əliyevə müraciət edərək, ondan kömək istəyir.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Cənab Prezident!

Ağsu rayonunda baş verən zəlzələ nəticəsində mənim də evim yararsız hala düşdü. Sizin tapşırığınız əsasında zəlzələdən xəsarət alan evlərin tikilməsi və bərpa olunması prosesi getsə də, mənim evim uçub yarasız hala düşməsinə baxmayaraq bizə kömək edən olmadı. Ağsu rayon İcra Hakimiyyətinin, FHN-nin əməkdaşları bizim evimizdə oldular və evin yaşamağa yararsız olması haqda akt tərtib edib, evimi sökdülər. Evim söküldükdə, qaz xəttini də söküb güya ki, müvəqqəti olaraq ləğv etdilər. Ancaq üstündən iki il keçməsinə baxmayaraq, bizimlə maraqlanan yoxdur. Qaz xəttimiz də sökülü vəziyyətdə qalıbdır. Qabaqdan qış gəlir, nə evimiz var, nə də ki, qazımız. Məmur özbaşınalığının ucbatından evsiz qalmışıq.

Cənab Prezident!

Mənim 67 yaşılm var. Üç övlad anasıyam. Həyat yoldaşım vəfat edib. Kasıb ailə olduğum və rüşvət verməyə imkanım olmadığı üçün bizim evimizlə maraqlanan olmadı. Bizim evimizə komisiya ayıran olsa, görər ki, bu ev nəinki yaşamağa yararlıdır, hətta bu evin yaxınlığında olmaq özü də təhlükəlidir. Ev söküldükdən sonra daşların aralarında ilanlar yuva qurub, divarlar hər zaman uçub dağıla bilər. Bəzi yerlərdə hətta dağılıbdır da.

Cənab Prezident!

Mən sizdən başqa müraciət edəcəyim bir ünvan tapa bilmədim. Sizdən bir ana kimi xahiş edirəm ki, bizim evimizin tikilməsinə yardım edəsiniz. Evimizi söküb çıxıb gediblər, qalmışıq qohum-əqrabanın evində. Bu da nə vaxta qədər davam edə bilər? İnanıram ki, sizə ünvanladığım müraciətə baxılacaq və mənim də haqqım bərpa olacaq.

Əvəlcədən sizə təşəkkür edirəm.
Text-to-Speech

DİNLƏ






Şərh yaz