Axtarış...

İcra başçısı zəlzələnin vurduğu ziyandan danışdı

İcra başçısı zəlzələnin vurduğu ziyandan danışdı

Zəlzələ nəticəsində Ağsu rayonunda bəzi evlərdə yüngül çatlar əmələ gəlib.

Millitv.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib.

İcra başçısı bildirib ki, hazırda həmin ərazilərdə araşdırma aparılır: "Hadisə ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyası araşdırma aparır. Hələ ki çatlar barədə dəqiq məlumatlar yoxdur. İcra Hakimiyyətinə daxil olan məlumatda rayonun Dilman və Kalva kəndlərində 45, Qaraqaşlı kəndində 1, Daşdəmirbəyli kəndində isə 2 evdə köhnədən yaranmış çatlarda genişlənmə olduğu deyilir. Hazırda hadisə yerindəyik. Həmin evlərdə baş verən çatların zəlzələdən əvvəl, ya sonra olduğu müəyyənləşdirilir. Komissiyanın araşdırmalarından sonra ictimaiyyətə məlumat veriləcək".

İcra başçısı bildirib ki, çatların əmələ gəldiyi deyilən evlərin yerləşdiyi Kalva və Dilman kəndləri sürüşmə zonasında yerləşir: "Orada əvvəllər sürüşmə nəticəsində evlərdə xırda çatlar yaranmışdı. Ola bilər ki, həmin çatlar zəlzələ nəticəsində nisbətən böyüyüb. Dağıntı isə yoxdur".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz