Axtarış...

Ağsu Rayon İcra Hakimiyyəti "TALEH TT" MMC-nə bu dəfə 2000000 ödəyəcək-Zəlzələ səbəbindən



Yenixeber.org: Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu rayonunda 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş çoxsaylı yaşayış evlərindən sənədləri hazır olan (smeta və Fövqəladə Hallar nazirliyinin qiymət cədvəlləri) yaşayış evlərində təmir işləri ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub. Əslində bu ad Ağsu Rayon İcra Hakimiyyəti üçün yeni deyil. Söhbət "TALEH TT" Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Ağsu Rayon İcra Hakimiyyətinin tenderlərinin böyük əksəriyyətinin, zəlzələnin fəsadları ilə bağlı isə bütün tenderlərin qalibi birmənalı şəkildə "TALEH TT" MMC-dir. Bu ilin sentyabrın 30-da bağlanan müqaviləyə görə, icra hakimiyyəti görüləcək işlər üçün “Taleh T.T” MMC-yə 630 min 832.78 manat ödəyib.

Yenixeber.org-un əldə etdiyi məlumata görə “Taleh TT” MMC 16.07.2009 tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Dəmirov Əlşah Əbil oğludur. Şirkətin hüquqi ünvanı isə Ağsu rayonu, Ağsu şəhəri, S.Rzayev küçəsi, ev 2/5-də yerləşir.

Araşdırmalarımızla bəlli olub ki, Ağsu Rayon İcra Hakimiyyəti bu il sözügedən şirkətlə daha iki müqavilə bağlayıb. Müqavilələrdən biri 22 iyul 2019-cu ilə təsadüf edir. Sənəd 5 fevral 2019-cu ildə baş verən zəlzələdən ziyan çəkən evlərdə “cari təmir”i üçün imzalanıb və buna görə MMC-yə 456 min 879 manat ödənilib.
Ağsu Rayon İcra Hakimiyyəti "TALEH TT" MMC-nə bu dəfə 2000000 ödəyəcək-Zəlzələ səbəbindən
İkinci müqavilə isə sentyabrın 6-da imzalanıb. Yenə də zəlzələdən ziyan çəkən evlərin təmiri üçün “Taleh T.T” MMC-yə 813 min 287.99 manat ödənilib. Beləliklə, Ağsuda baş vermiş zəlzələ nəticəsində evlərə dəymiş ziyan üst-üstə 1 milyon 900 min 999.77 manatı “udub”.

Kənd Təsərrüfatı Nazirliyinin Ağsudakı idarəsinin inzibati binasının tikintisi də “Taleh T.T” MMC-yə tapşırılıb. İki mərtəbəli, 11 iş otağından, laboratoriya və digər otaqlardan ibarət olan binanın inşasına 2014-cü ildə start verilib.

“Taleh T.T” MMC-nin qanuni təmsilçisi Əlşah Əbilova gəlincə, onun adına açıq mənbələrdə yalnız Şəki Apellyasiya Məhkəməsinin qərardadında rast gəlinir. Həmin sənəddə Əlşah Əbilov “Ağsu ATF-in rəisi” kimi təqdim olunur. Bu məhkəmə işi bibaşa Əlşah Əbilova aid olmadığından və onun adı işdə epizodik keçdiyindən təfərrüatlara varmırıq.

Lakin onun “Ağsu ATF rəisi” kimi təqdim edilməsi diqqətimizi çəkdi. Araşdırmalarımız zamanı aydın oldu ki, "ATF" də Ağsu Rayon İcra Hakimiyyətinin "tender partnyor"larından biridir və internet resurslarında bu MMC-nin sentyabrın 30-dan etibarən sabiqlərin sırasına qatılan icra başçısı Ənvər Seyidəliyevə yaxın olduğu barədə materiallar dərc olunub.

Əlşah Əbilov "ATF"nin rəisi kimi təqdim olunsa da, Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. Nizamnamə kapitalı 20 manat olan MMC 23.12.2003-cü il tarixdə qeydiyyata alınıb. "ATF"nin hüquqi ünvanı isə Göyçay rayonunun Çayarxı kəndidir.

Araşdırmalarımız zamanı o da bəlli olub ki, Ağsu Rayon İcra Hakimiyyəti bir neçə ay əvvəl Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün “ATF” MMC ilə 492 min 822 manatlıq müqavilə imzalayıb.

Mediada Ənvər Seyidəliyevin tender əməliyyatları barədə çoxsaylı neqativ tonda yazılmış çoxsaylı materiallara rast gəlir. Ehtimal etmək olar ki, Ənvər Seyidəliyevin qəfil işdən çıxarılması da bununla bağlıdır.

Yenixeber.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz