Axtarış...

Səhiyyə naziri getsə də, zərrə qədər müsbət dəyişiklik yoxdur - NARAZILIQ!

Səhiyyə naziri getsə də, zərrə qədər müsbət dəyişiklik yoxdur - NARAZILIQ!

Artıq gündəlik həyatımızda koronavirus statistikasını dinləmək üstünlük təşkil edir. Eşidib stressə düşənlər də var, qulağı alışıb daha eyninə almayanlar da.
Amma damdan düşənin halını da yıxılan bilər. Xəstəxanalara yoluxma səbəbilə üz tutub, çıxandan sonra əsəb keiçirən yüzlərlə vətəndaş var. Canlarını satın almağa gücü çatanlar şükür edir, çatmayanlar da etiraz. Ya da uzaqbaşı həkimdən, iynədən qaçır. Səhiyyəmiz xəstə deyil, ölüdü. Vətəndaşların ünvanladıqları şikayətlərdən bir neçəsini diqqətə çatdırırıq:

Amal Abuşov: Oğlum OMD-də yatanda hər gün 100 manatdan çox xərcim çıxırdı. Amma həkimlər də bilmirdi ki, hansı xəstəliyi müalicə edirlər.

Roman Həkimov: Oğlumu 10 günlük körpəykən OMD-yə apardıq. Qış günüdə pəncərələr açıq, otaqda istilik yox, uşağın bələyini açıb yarım saat gözlətdilər bizi.Sonra da uzun bir respet siyahı ilə göndərdilər ki gedin.

Aygün Cavadova: Tanıdığım ailənin övladları ata və anasının koronadan müalicəsi üçün martda bankdan kreditlə 7000 pul götürməyə məcbur oldular. Təəssüf ki, hər iki ailə başçısı rəhmətə getdi. İndi yazıq övladlar bankın kreditini ödəyirlər. Və təəssüf ki, bu tək bildiyim hal deyil. Ətrafımda çox tanıdıqlarım var ki, bankdan kreditlə pul götürüblər ki, xəstəxanaya düşsünlər və müalicə ala bilsinlər. Yəni pulsuz xəstəxana qəbul etmirdi. Hələ o da tanışlıqla.

Leyla Mahmudova: Nə əcəb bu qədər xərci görmürlər, amma tibb bacılarını saxta pasport düzəltməklə rüşvət almaqda günahlandırırlar? Ölkədə, elə dünyada da sanki qəsdən qorxudurlar ki, insanlar verdikləri xərci sevinərək versinlər, can hayına düşsünlər. Xaos məkrli siyasətləri yerinə yetirmək üçün fürsətdir. Bulanıq suda balıq tuturlar.

“Koronavirusa yoluxma sayının artım dinamikasını hər gün açıqlamaqla yuxarı ranq tibb məmurları özlərini yandırırlar. Pul yemək həvəsi gözünüzü elə tutub ki, səhvlərinizi görə bilmirsiz? İstiyirsiz yenə karantin olsun yeni haram pullar yığıb yarımçıq qalan “arzularınızı” gerçəkləşdirəsiz? Sual verirəm: səhiyyə naziri işdən çıxarılandan sonra səhiyyədə zərrə qədər də olsa bir müsbət dəyişiklik varmı? Yoxdur.”. Bu fikirləri Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq , doktor Aydın Əliyev səsləndirib. O bildirib ki, Hər gün ürək-damar, onkoloji, sinir sistemi xəstəliklərindən ölənlərin sayı covid-19 xəstəliyindən ölənlərin sayından qat-qat çoxdur. Onun fikrinə görə, insanları panikaya salaraq immunitetlərini zəiflətmək, asılı vəziyyətdə saxlamağın arxasında pul tələsi dayanır. Əsas yoluxma sayı yox, ağırlaşma faizidir.

“Bir neçə ay öncə dövlət tərəfindən lazımi tibbi təchizatla təmin edilərək Covid xəstəxanası kimi fəaliyyət göstərən Bakı Sağlamlıq Mərkəzində covid-19 xəstəliyindən müalicə alan tanışım dedi ki, orda müalicəyə 4700 azn xərcim çıxdı. Çox dəyərli bir dostum zəng edib dedi övladlarım yoluxub, müalicə üçün həkim tövsiyə et, həqiqətən yaxşı həkim kimi tanıdığım bir müalicə həkimini tövsiyə etdim, həkimə də zəng edib xahiş etdim ki, yaxınımdır. Həkim 500 manatlıq analizləri yazıb, xəstəyə, üstəlik də deyib ki, mənim vizitim ən azı 200 manatdır. Dostum mənə bunları deyəndə xəcalət çəkdim”,- deyə doktor bildirib.

O əlavə edib ki, əvvəlki yoluxmalarda biz virusu yaxşı tanımırdıq, törədəcəyi fəsadları bilmirdik, ona görə də 2019-20-ci illərdə bütün dünyada itkilər çox oldu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarlndan biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır.

“Rəsmi qurumlar hazırki yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdırlar! Niyə açıqlamırlar? Məqsəd nədir? Bax burda qaranlıq nüanslar var və haqlı olaraq bizə şübhələnməyə əsas verir. Əgər hazırki yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5% civarındadırsa, heç bir karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, biz artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır”.
Bizimyol.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz