Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Kanal D ekranlarında yayımlanan "2.Sayfa" proqramında qonaq olub.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, model oğlunun atası Tolqa Karelin övladını axtarmadığını və aliment ödəmədiyini söyləyib.
O, yaşadığı çətin günlər barədə canlı yayımda açıqlama verib: "Tolqa uşağın alimentini ödəmir. İki ay təzminat ödəyib, ondan sonra heç nə ödəməyib. 5 il ərzində sadəcə 1000 TL təzminat verib. Əvvəllər psixoloqlar uşağın atasını görməsini məsləhət görmüşdülər. Bir müddət görüşdülər, amma sonra onun yoxluğuna öyrəşdi. Bu beş il ərzində atasını çox az gördü. Tolqanın 3-cü dəfə ata olacağını indi sizdən öyrəndim. Nə deyə bilərəm?! İnşaallah onlara yaxşı ata olar. Mən oğlum Cahangirin həm anası, həm də atası olmuşam. O, oğlumu heç axtarmadı. Bəlkə ad günündə axtarar deyə düşünürdüm, amma axtarmadı. Tolqanın ata-anası da bu müddətdə heç maraqlanmayıb. Oğlumu tək böyüdürəm. Övlad dünyaya gətirərkən Tolqanın bu nöqtəyə gələcəyini heç düçünmədim. İnsan övladından necə imtina edə bilər?! Məni axtarmaya bilər, amma övladını axtarmalıdır..".
Xatırladaq ki, Karel Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva ilə 2011-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ildə boşanıb. Onların Cahangir Can adında bir oğlu var.
2016-ci ildə Sarah Scotti ilə Dominikdə evlənən Tolga Karel qızları Mea Məhəmmədi 2017-ci ildə qucaqlarına alıb.