Axtarış...

Vahid Ələkbərovun pulları Yelobankda necə talan edilir? - BAŞ OFİSİN TƏMİRİNƏ 20 MİLYON “SİLİNİB”

Vahid Ələkbərovun pulları Yelobankda necə talan edilir? - BAŞ OFİSİN TƏMİRİNƏ 20 MİLYON “SİLİNİB”

Azərbaycanın bank sektorunda nizamnamə kapitalının həcminə (378 milyon manat) Beynəlxalq Bankdan sonra ikinci yerdə qərarlaşan Yelo Bank 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Xatırladaq ki, sözügedən kommersiya qurumu haqqında mətbuatda dərc olunan araşdırmalarda bankın müflisləşmə həddində olduğu bildirilir.
Bankın yaydığı press-relizdə isə qeyd edilib ki, ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, Bank hesabat dövrünü 10 milyon manat xalis mənfəətlə başa vurub. Eyni zamanda cəmi aktivlər ötən ilin sonu ilə müqayisədə 47.5 milyon manat artaraq 438.6 milyon manata çatıb.
Bankın kredit portfelində də nəzərəçarpan artım var. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18.3% artaraq 364.8 milyon manata çatıb. Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96.2 milyon manat, istehlak kreditləri üzrə isə 56.5 milyon manat yeni kredit verilişi olub. Qeyd olunan dövr üzrə Bankın depozit portfelidə 8% artaraq 253.8 milyon manata çatıb.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji periodu ilə müqayisədə 20% artım deməkdir. Hazırda Bankın məcmu kapitalı 63.86 milyon manatdır, bu göstərici ilin əvvəlindən 10 milyon manat, requlyativ tələbdən isə 13.86 milyon manat çoxdur.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: “2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki,bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövrün də əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.
Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, açıqlamadakı poztiv dinamikanın real əsasları yoxdur.
Bank sektorundakı mənbə bildirir ki, Anar Həsənovun nikbin proqnozları üçün dayanıqlı əsaslar yoxdur, əksinə, ilin sonuna Yelo Bank-ın acınacaqlı vəziyyətə düşəcək.
İqtisadi təhlilçilər bildirirlər ki, Yelo Bank nizamnamə kapitalına görə banklar arasında ikinci pillədə qərarlaşıb: “Amma kapitalın gəlirliliyi yoxdur. Kapitalın gəlirliyi – 85% (mənfi) təşkil edir. Ötən illərin zərərinə diqqət edin: Bu ilin ilk 6 ayı üzrə hesabatda 10 mln. mənfəət görünür. Onun 8 mln. manatdan çoxu ehtiyatdan qayıdan vəsaitlərdir. Deməli, təmtəraqlı bəyanatlara baxmayaraq, bankın əməliyyat gəlirliyi yox səviyyəsindədir”.
Mənbə daha sonra eyni vaxtda işçilərə verilmiş əmək haqqı və əlavələrə diqqət ayırmağı tövsiyyə edir: “Fikir verin, bankın 1.7 mln manatdan çox aylıq əmək haqqı xərcləri var. Nəzərə alsaq ki, Bankın 900 işçisi var, o zaman işçibaşına təqribən 1900 manat əmək haqqı düşür. Amma gəlin, aydınlaşdıraq. Reallıqda işçilərə bu qədər əməkhaqqı verirlərmi? Əlbəttə yox! Adi mütəxəssilərə aylıq 300 manatdan başlayaraq maaş verilir. Amma rəhbərlikdə olanlar 15-30 min manat alırlar. Bu da sözlə ifadə olunmayacaq sosial ədalətsizlikdir. Bu harada görünüb ki, rəhbər şəxslər işçidən azı 100 dəfə çox maaş alsın, buna bankın sahibi nə deyir?!”
Məlumatda daha sonra qeyd olunur ki, Anar Həsənov Yelo Banka rəhbər gələndən kommersiya təşkilatına kadr axını artıb: “Yeni rəhbərlik ucdantutma hamını “köhnə kadr” adı ilə işdən qovub, onların əvəzinə bank strukturlarını özünə və ətrafına yaxın savadsız kadrlarla doldurub. Hətta rəhbərlikdə olanların Mərkəzi Bankdan attestasiyadan necə keçmələri şübhə doğurur. Bunu onların fəaliyyətindən də görmək olar, savadsız, yarıtmaz rəhbər işçilər guya idarəçiliklə məşğul olurlar, əslində başqa işlərlə məşğuldurlar. Baş direktorlar Mərkəzi Bankdan atestasiyadan keçmədən hansısa sahəyə kuratorluq edirlər. Heç bir məsuliyyət daşımadıqlarına görə bankı dağıtmaqla məşğuldurlar. Bank rəhbərliyinin yanvar ayından dəyişməsinə baxmayaraq, heç bir uğura nail olunmayıb. Xidmətin keyfiyyəti daha da bərbad vəziyyətə düşüb, kadr siyasəti ondan da pis gündədir.Uzun müddət bank sektorundan kənarda qalmış adamlar yüksək vəzifələrə təyin edilir. Həmin şəxslərinisə müasir bankçılıqdan xəbərləri yoxdur”.
Mənbə Yelo Bank-ın ötən ilin yekununda 325 mln. manat zərər etdiyini xatırladır.
Qeyd edir ki, buna səbəb verilmiş kreditlərin qeyri – sağlam olmasıdır: “Problemli kreditlər ümumi kredit portfelinin demək olar ki, hamısını əhatə edir. Bununla bağlı tənzimləyici orqanın tələbi ilə məqsədli ehtiyatlar yaradılıb.Ona görə də hər problemi kredit üzrə ödəniş olunduqda ehtiyatdan qayıtmalar yaranır, bu da mənfəətdə özünü büruzə verir. Onu da başlayırlar reklam eləməyə. Hansı ki, kapitalın gəlirliyi yoxdur, əksinə kapitalın daha da əriməsinə gətirib çıxarır”.
Məlumatda o da bildirilir ki, Anar Həsənovun rəhbərlik etdiyi komanda Yelo Bankın bundan əvvəlki rəhbərliyi Nikoloz Şurqaia komandasının hərəkətlərini təkararlayır, onu davam etdirirlər. Bankı müflisləşdirmə həddinə gəirmiş Şurqaia dövründə müavin olan bütün şəxslər indi də postlarındadır. Onlar əvvəl necə işləyiblər, indi də həmin qaydada fəaliyyətlərini davam etdirirlər. Təkcə Günay Cəlilovadan başqa, çünki o, Nikoloz dövründə Bankda baş direktor vəzifəsində çalışırdı. O, A. Həsənovun Banka rəhbərlik etdiyi dövrdə Mərkəzi Bankda attestatsiyadan keçib. Hər yerdə deyir ki, Elman Rüstəmovun müavini Vadim Xubanov mənim qohumumdur. Mərkəzi Bankda istənilən məsələni həll etmək mənim üçün heç nədir”.
Yelo Bankda rəhbərliyin ən “gəlirli” işlərindən biri icarəyə götürülən əmlaklara görə silinən vəsaitlər təşkil edir.
Belə ki, Bankın yeni baş idarəsi üçün 2 il əvvəldən boş-boşuna icarəyə götürülmüş əmlaka görə 4 mln. manata yaxın vəsait ödənilib. Həmin əmlakın təmir və kommunikasiya xətlərinin çəkilmə xərci nə qədər olsa yaxşıdır?

Təqribən 20 milyon manat!…

Bu uğursuz layihənin “memarları” bu gün də rəhbərlikdə təmsil olunurlar. Cəza tədbirləri, məsuliyyət hissi olsaydı, bu özbaşınalıqlar yığışdırılardı. Yeni ofislərin tapılması, onların icarəyə götürülməsi, təmir xərcləri və s. əsl yeyinti yerləridir. Belə ki, icarə haqlarından və təmirdən böyük həcmdə çirkli gəlirlər əldə edirlər.
Gununsesi.info
Text-to-Speech

DİNLƏ






Şərh yaz