Axtarış...

Qəbələdə tenderi elə Qəbələnin sahibi udmalıdır... UDUR DA! - FHN şefinin könül məkanı...

Qəbələdə tenderi elə Qəbələnin sahibi udmalıdır... UDUR DA! - FHN şefinin könül məkanı...

Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndiliyi küçə səkilərinin və parkların təmiri üzrə satınalma müsabiqəsinə yekun vurub. JAMAZ.İNFO xəbər verir ki, müsabiqənin qalibi “Qəbələ İnşaat” MMC-dir. Qurum səki və parkların təmirinə görə şirkətə 246 722.66 AZN ödəməlidir.

“Qəbələ İnşaat” MMC 4 aprel 2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 AZN-dir. Hüquqi ünvanı Qəbələ rayonu Qəbələ şəhəri, M. Mərdanov küçəsi, ev 15-də yerləşən MMC-nin qanuni təmsilçisi Babayev Cavid Füzuli oğludur.

Açıq mənbələrdə “Qəbələ İnşaat” MMC barədə hər hansı məlumat yoxdur.

Araşdırmalarımız zamanı bəlli olub ki, şirkət əsasən Qəbələ Rayon İcra Hakimiyyətinin və onun tabeliyində olan qurumların keçirdiyi tenderlərin qalibi olur.

Ötən bir il ərzində Qəbələ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlar “Qəbələ İnşaat” MMC ilə ümumi maliyyə dəyəri 1 483 646 . 46 AZN təşkil edən 6 satınalma müqaviləsi imzalayıb. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, “Qəbələ İnşaat” MMC-nin qanuni təmsilçisi Cavid Babayev Fövqəlada Hallar Nazirliyinin (FHN) Şimal Qərb Regional Mərkəzinin rəis müavini Ceyhun Babayev qardaşıdır. Qəbələnin icra başçısı Səbuhi Abdullayev də vaxtilə FHN-nin Şimal Qərb Regional Mərkəzində işləyib.

Mediada gedən məlumatlarda isə iddia olunur ki, “Qəbələ İnşaat” MMC əslində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. Ceyhun Babayevin də nazirə yaxın şəxs olduğu bildirilir.

Qəbələ rayonunu isə Kəmaləddin Heydərovun kurasiya etdiyi sirr deyil. Beləliklə, Qəbələ Rayon İcra Hakimiyyətinin hansı səbəbdən tenderlərdə “Qəbələ İnşaat” MMC-yə üstünlük verdiyi aydın olur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz