Axtarış...

Fransız səfirdən növbəti qalmaqallı Qarabağ açıqlaması

Fransız səfirdən növbəti qalmaqallı Qarabağ açıqlaması

“Rəsmi Paris bölgədə baş verənləri diqqətlə izləyir. Fransa regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün çalışır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot baş nazir Nikol Paşinyanla görüçündə deyib.

O qeyd edib ki, hal hazırda Qarabağ münaqişəsi həll olunmayıb. “Qarabağ münaqişəsi həll olunmayıb. Bu problem yalnız Qarabağın yekun statusu müyəən edildikdən sonra həllini tapa bilər”.

Bundan başqa, Lakot Ermənistan tərəfinə bu gün Naxçıvanda törətdikləri təxribat nəticəsində əsgərlərinin ölümü ilə bağlı başsağlığı da verib. O, atəşkəs rejiminin pozulmamasına çağırış edib.

Qeyd edək ki, bu, Fransanın Ermənistandakı səfiri Conatan Lakottun ilk sərsəmləməsi deyil. O, hələ bir müddət əvvəl Bakıda “Qənimətlər Parkı”nın açılmasına da etiraz edərək, “müharibə teatr meydanı deyil” deyə münasibət bildirmişdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz