Axtarış...

Bir neçə QHT Fransa səfirliyi qarşısında etiraz aksiyası keçiridi



Millitv.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Aksiya Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Fransa prezidentinin Ermənistanı dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlara etiraz əlaməti olaraq təşkil edilib. Aksiyada BDM sədri İsmayıl Ağayev və İSBAM sədri Samir Adıgözəlli Fransanın işğalçı Ermənistanı dəstəkləməsini və tutdugu ədalətsiz mövqe ilə bağlı çıxış etmişlər.

Çıxışlardan sonra “Qarabağ Azərbaycandır” “Türkiyə-Azərbaycan” şüarları səsləndirilmişdir. Aksiyada azərbaycan ictimaiyyəti adından bəyanat qəbul edilmişdir.



Bəyanatı təqdim edirik.
Bəyanat


İşğalçı Ermənistanın son təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatına başlamış, və suveren ərazilərimizi düşməndən təmizləməkdədir.
Azərbaycanın apardığı haqq mübarizəsində təəssüfər olsun ki, Fransa dövləti açıq şəkildə işğalçı Ermənistana himayə göstərməkdədir. İşğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməli, Ermənistana isə beynəlxalq təzyiq edilməlidir.Lakin Fransa prezidenti Makronun bəyanatı bölgədə təhlükəsizliyin təmin edilməsinə xidmət etmir, işğalçının açıq müdafiəsinin təzahürüdür.
Minsk qrupu həmsədri funksiyasını yerinə yetirməli olan Fransanın özünü tərəf göstərərək işğalçını dəstəkləməsi, vasitəçilik missiyasının itirdiyinin təsdiqidir.Onsuz da otuz ilə yaxın müddət ərzində heç bir nəticə ortaya qoymayan Minsk qrupu adlı missiyaya Azərbaycan xalqının ehtiyacı qalmamışdır. Torpaqlarımızın azad edilməsi və terrorçu xumta rejiminin zərərsizləşdirilməsi missiyasını Azərbaycan öz üzərinə götürməyə məcbur qalmışdır.
Fransa prezidentinin siyasi etikaya sığmayan bəyanatı otuz ildir torpaqlarımızın işğalda qalmasına göstərdiyi münasibəti ortaya qoyur.
Bu müharibə Azərbaycanın işğal olunmuş torpağlarını azad edilməsi uğrunda aparılır.Qarabağ əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpaqlarımızdır.Bunu başa düşməyən Fransa kimi vasitəçilərin missiyasına artıq heç bir ehtiyacımız yoxdur.Prezident Makronun “Ermənistana və ermənilərə hər cür dəstəyini davam etdirəcəyini” bildirməsi Fransanın beynəlxalq hüquqa,insan haqqlarına açıq hörmətsizliyi və Fransa prezidentinin riyakar mövqeyinin təsbitidir.
Soyqrımlar və terrorlar törədən Ermənistan kimi bir dövlətin Fransa tərəfindən bu cür dəstəklənməsi təsadüfü deyil.Çünki Fransa Əlcazair xalqına qarşı soyqırım törətməklə tarix qarşısında günahkardır.
Azərbaycan ictimaiyyəti olaraq,Fransa dövlət başçısının ədalətsiz və siyasi əxlaqa sığmayan bəyanatlarını şiddətlə qınayırıq.
Bu gün Ermənistan tərəfindən ağır silahlardan atəşə tutulan Azərbaycan şəhərlərini, öldürülən mülkü vətəndaşlarımızı Fransa və digər aparıcı ölkələr görməzdən gəlirlər.Həqiqəti görməkdə aciz qalan Fransanın Azərbaycan Respublikasını ittiham etməyə heç bir hüququ yoxdur.Bu gün ittiham olunacaq dövlət Ermənistandır.
Beynəlxalq Diaspor Mərkəzi və İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, bir daha Fransanı ədalətli olmağa dəvət edərək prezident Makronun bəyanatlarını beynəlxalq hüquqazidd açıqlamalar olduğunu bəyan edərək qınayır və rədd edirik.


06.10.2020

Beynəlxalq Diaspor Mərkəzi
İctimai Siyasi Proseslər Beynəlxalq
Araşdırmalar Mərkəz
i
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz