Şamaxıdan Beyləqana trensfer olunan Asif Ağayevdən əslində ictimaiyyətin gözləntiləri böyük deyildi. Çünki məhz onun başçılığı dönəmində Şamaxıdan narazılıqlar günü-gündən artdı, hətta dövlətin müvafiq qurumları nəhayətdə Asif Ağayevə rəsmi iradlarını da çatdırdılar.
Nə isə... Sonradan ona yeni bir şans verildi. Bir neçə gün əvvəl Beykəqana başçı təyin olundu. Amma görükəni odur ki, Asif Ağayev Şaçaxıdakı "metodikasını" Beyləqana da tətbiq etməyi düşünür.
Bununla bağlı DİA,AZ-a müraciət edən yerli sakinklər bildirir ki, bu həftənin birinci günü bir neçə sakin başçı ilə görüşmək istəyib, amma...
Sakinlər dia.az-a bildirir: "Amma görüş baş tutbayıb. Deyiblər ki, Başçı yenidir. Hələ rayonu öryənir. Sonradan isə başçının yanına rayonun sayılıb-seçilən korrupsioner məmurları bir-birinin ardından giriblər. Hamısı da Asif Ağayevin yanından gülərülə çıxıb. Görünür, təə başçı onlara "narahat olmayın" vədini verib. Bi indi nə edək? Yenə də yetim-yesirin qara günləri başlayırsa, yazıq halımıza... Mətbuatdan da oxumuşduq ki, Asif Ağayev kasıbların dostu deyil".
Sakinlər onu da bildirir ki, artıq rayonda vəifə tutan bir neçə şəxsə Asif Ağayevin adından "dolyanı çatdır" ismarıcı da göndərilib... Yəni kohnə hamam, köhnə tas... Əslində isə... köhnə adamdan təzə hamam qaydaları gözləməyin özü əbəs idi...
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... DİA,AZ