“Erməni xalqına təcili şəkildə sülh və qurucu əmək, Njdenin millətçi ideologiyasından və qonşulara qarşı ərazi iddiasından imtina lazımdır. Bu yolda ona uğur arzu edirəm!”
Tanınmış rusiyalı hərbi-siyasi ekspert, Azərbaycana və Ermənistana münasibətdə həmişə obyektiv şərhləri ilə tanınan İqor Korotçenko özünün Telegram-kanalında belə yazıb.
Onunla razılaşmamaq çətindir. Bunu təkcə Koriotçenko da söyləmir. On illərdir bütün ağıllı başlar, hətta bəzi erməni ziyalıları eyni şeyi deyir. Çünki tarixən onun-bunun, böyük xalqların və dövlətlərin qoltuğuna sığınan, qonşuların çörəyini yeyən və onların hesabına öz varlığını saxlayan nankor və qudurğan ermənilərin tək xilas və mövcudluq formulu budur! Amma kimə deyirsən?..
Ondan başlayaq ki, Bu gün Ermənistan parlamenti ötən ilin sentyabr ayından qüvvədə olan müharibə vəziyyətini ləğv edib. Təbii ki, 20 iyuna təyin edilən erkən parlament seçkiləri ilə bağlı belə bir qərar verilib. Fəqət müharibə vəziyyəti aradan götürülsə də, ölkədə Türkə nifrət qalır. Ona görə ki, “çörəyi” nifrətdən, dava-qırğından çıxan, kin-küdurəti körükləyən mənfur və məkrli qüvvələr hələ qalır – hansıların ipi ki, əslində, xaricdəki erməni lobbisinə, Türkiyəni və Azərbaycanı sevməyən qeyri-erməni, xristian mərkəzlərinə bağlıdır.
Armenianreport.com-da Romella Mnatsakanyanın imzası ilə getmiş son redaksiya məqaləsi buna bariz sübutdur. Məqalədə isterik şəkildə giley edilir ki, nədən Avropa Birliyi (AB) martın 22-də Rusiya v Çinə qarşı sərt sanksiyalar tətbiq eləsə də, hələ də eyni addımı Azərbaycana və Türkiyəyə qarşı atmayıb?
Hövsələnizi basıb aşağıdakı sitata diqqət edin (üsluba toxunulmayıb): “Yəni AB-də hamı o qədər kor, kar və avam oldu ki, rəsmi Ankara və Bakının “artsax”a və Ermənistana qarşı törətdiyi dəhşətli insanlığa zidd cinayətlərini görmədi? Türk və azərbaycanlı işğalçıların barbarlığına və vandalizminə, “artsax”ın dinc vətəndaşlarına qarşı işgəncə verdiyinə dair nəhəng sayda dəlillər var. AB Türkiyə və Azərbaycana qarşı da sərt sanksiyalar tətbiq etməli idi. Rusiyaya qarşı sanksiyala niyə tətbiq olunur? Ona görə ki, Putin və ətrafı başa düşsün ki, Ukraynanın ərazisini elə-belə ələ keçirmək olmaz. Azərbaycan da Türkiyənin köməyi ilə “artsax”ın 80% -ni işğal edib və orada etnik təmizləmələr aparıb. Ancaq Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar yoxdur!”
Həyasızlığın misli görünməmiş dərəcəsi öz yerində, gör nəyi nə ilə müqayisə edir? Gürcüstanın 20% qanuni ərazisini – Abxaziya və Cənubi Osetiyanı, Ukraynanın Krımını zəbt eləmiş Rusiya ilə öz qanuni torpaqlarını işğaldan qurtarıb ərazi bütövlüyün bərpa eləmiş Azərbaycan tərəzinin eyni gözünə qoyulur. Ermənistan haqda isə utanmazcasına Ukrayna və Gürcüstan kimi işğala məruz qalan ölkə rəyi yaradılır – Ermənistan məhz təcavüzkar olduğu üçün layiqli cəzasını aldığı halda! Ermənistanın etnik təmizləmə aparıb mono-etnik “dövlət”ə çevrilməsi azmış kimi, üstəlik, Dağlıq Qarabağ və ətrafında azərbaycanlılara qarşı etnik təmizləmələr aparması da çoxdan daşlaşmış faktdır.
Bəli, Avropa kor deyil və Azərbaycana, Türkiyəyə bir elə simpatiyası olmasa da, heç olmasa, görür ki, Rusiyanın regiondakı yeganə vassal-marioneti olan Ermənistana hələ heç kim hərbi təcavüz eləməyib! Deyəsən, faşist-daşnak xislətli bu başdan xarab müəllif bir azca bunu anlayır və öz aləmində qoyduğu əsas suala belə cavab verir: “Bilirsiniz niyə sanksiya tətbiq edilmir? Təbii ki, Bakının Avropanın yeni qaz tədarükçüsü statusunda spekulyasiyalarının burada müəyyən rolu var. Ancaq başqa amil də var. Bizim ölkənin rəhbərliyi açıq şəkildə Rusiyanı müttəfiq adlandırır. Brüsseldə isə hər kəs bunu eşidir və nəticə çıxarır. Bir tərəfdən Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, digər tərəfdən isə Rusiyanın müttəfiqinə dəstək olmaq istəmirlər. Biz Putin Rusiyası ilə müttəfiqliyin perspektivsizliyi haqda hər yerdə və ucadan bəyan etməliyik!”
Yəni ki, rusun maşası olmaqdan qurtulub, bu dəfə Türkə qarşı Qərbin maşasına çevrilmək! Təxminən bir əsr öncə bu avantüranın erməni xalqına neçəyə başa gəldiyi ortada ola-ola!..
Məsələ də ondadır ki, Ermənistan Rusiyanın dominant olduğu iqtisadi və hərbi-siyasi bloklarda (Avrasiya İqtisadi Birliyi, KTMT – “Rus NATO-su”) təmsil olunmasaydı da, Avropa Birliyi 44 günlük müharibənin nəticələrinə görə Azərbaycana sanksiya tətbiq etməyəcəkdi. Edə bilməzdi, zira, bundan ötrü heç bir hüquqi, faktoloji əsas yoxdur – ermənilərin ənənəvi vay-şivəni, timsah göz yaşları, boş hay-küyündən savayı!
Heç bir “artsax” dövləti də tarixdə mövcud olmayıb, yoxdur və olmayacaq! Ermənistanın özü belə saxta dövlət sayılır. Bunu da Avropada bilməmiş deyillər. Həmçinin mifik “artsaxlılara” qarşı mifik “genosid” söhbəti müzakirə mövzusu belə ola bilməz. Əksinə, Xocalı soyqırımı faktına görə AB-nin sanksiya tətbiq eləməli olduğu bir ölkə varsa, o da Ermənistandır! Ta ki, bu soyqırımına – bəşəriyyət əleyhinə cinayətə görə İrəvan rəsmən Azərbaycan xalqından üzr istəyib, kompensasiya ödəyənədək! Xocalı hərbi canilərinin Beynəlxalq Məhkəməyə (Haaqa Tribunalına) təhvil verməsi də öz yerində...