Axtarış...

İran generalları Ermənistana nə təklif edib? - GƏLİŞMƏ

İran generalları Ermənistana nə təklif edib? - GƏLİŞMƏ

Hələ bir müddət əvvəl İranın Azərbaycana heç bir xəbərdarlıq etmədən, Ermənistan üzərindən Qarabağa tikinti materialları göndərdiyi barədə xəbər yayılmışdı. Hətta bununla bağlı video görüntülər də ortaya çıxmışdı. Bunun ardından dünən bir qrup iranlı generalın İrəvana səfər etməsi, danışıqlar aparması barədə də xəbərlər gündəmə gəldi. Həmin səfərin konkret olaraq, hansı məqsədlər daşıdığı isə bu gün də müəmma olaraq qalır.

Öncəliklə qeyd edək ki, Cənub qonşumuz olan və əhalisinin yarısını Azərbaycan türklərinin təşkil etdiyi İranın Şimalda yerləşən Azərbaycan Respublikasına münasibət birmənalı deyil. Bunun tarixi, siyasi tərəfləri aydındır. Tehran elitasında hələ də Azərbaycanın onların ərazisi olduğunu, hətta 1828-ci ildə imzalanmış və ölkəni iki yerə parçalamış Türkmənçay Müqaviləsinin bitməsinə az qaldığını və bu səbəbdən də Şimali Azərbaycanı öz ərazilərinə qatmaq fikrində olanlar azlıq təşkil eləmir. Digər tərəfdən, İran şimalda Azərbaycan adında müstəqil, xüsusən də güclü bir Azərbaycan dövlətinin varlığından məmnun deyil. Çünki bunu özünün milli təhlükəsizliyinə təhdid görür. Səbəb isə yenə də ölkə əhalisinin 45 faizə qaədərinin Azərbaycan türkü olmasıdır.

İran generallarının İrəvana səfəri ilə bağlı ortaya bir sıra suallar çıxır. Tehran Ermənistana nə təklif edə bilər? Aydın məsələdir ki, hal hazırda bölgədə cərəyan edən bir çox proseslər var ki, İran onların baş verməsindən ciddi narahatdır. 44 günlük müharibədən sonra vəziyyəti dəyişən Azərbaycan açıq və gizli şəkildə müttəfiqləri sayəsində bir sıra üstünlüklər əldə edib, regional oyunçu statusuna malik olub. Söhbət Zəngəzur dəhlizinin açılmasından, Çinlə Britaniyanı birləşdirəcək “İpək Yolu” layihəsindən, habelə Orta Asiyaya Türkiyənin giriş imkanlarının genişləndirilməsindən və digər məsələlərdən gedir.

İlk olaraq Mehri və ya Zəngəzur dəhlizi məsələsin diqqət yetirək. Bu dəhliz mahiyyət etibarı ilə Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən fərqlənmir. Yəni, məsafə baxımından cüzi fərqlərə malik olan sözügedən dəmiryollarının birinin digərinə mənfi təsir göstərə biləcəyi və ya üstünlük əldə etməsinə imkan verəcəyi imkansızdır. Çünki BTQ Azərbaycanın təkcə Türkiyəyə çıxışını deyil, həm də Qara dənizə yüklərin daşınmasını asanlaşdıran bir layihə olaraq görülür. Mehri dəhlizi isə daha cox siyasi kommunikasiya vasitəsi olduğu diqqət çəkir. Düzdür, bu yol Azərbaycanı Naxçıvanla, habelə Türkiyənin böyük bir məntəqəsi ilə, habelə Aralıq dənizinə qısa müddətdə çıxmasını təmin edir. Lakin bundan da vacib olan məqam odur ki, Azərbaycan həmin dəhlizdən həm də özünün siyasi məqsədləri üçün yararlanmağa çalışır.

İranın narahat edən nədir? Mehri dəhlizinin açılması İrana bir neçə aspektdən sərf etmir. Birinci cəhət odur ki, İranın Ermənistanla əlaqələrində kəsinti yaranır. Yəni, Tehran Ermənistan yüklərinin uzun məsafələrə daşınmasında yaxından iştirak etmək imkanlarını itirir. İkincisi, Naxçıvan üzərindəki təsir imkanlarını itirir ki, bu onun üçün əhəmiyyətlidir. Üçüncüsü isə İran hər il təkcə Türkiyədən Orta Asiyaya yük daşıyan 12 min yük maşının keçidindən və onların hər birindən aldığı 181 dollardan məhrum olur. Yalnız Əfqanıstan və Pakistandan daşınan yüklərin keçidi üçün lazım olur ki, bunun da Nehri yolu ilə önlənməsi çətin deyil. Çünki Orta Asiya və dənizlər üzərindən Əfqanıstan və Pakistana yük daşınmasını təmin etməklə bu təsirli rıçaqı aradan qaldırmaq mümkündür.

Belə olan halda İranın alternativlər barədə düşünməsi, Ermənistanla daha yaxın müttəfiq olması normaldır. Yəni, qeyri-adi bir məsələ deyil. Çünki İran da özünə görə bir dövlətdir, regionda oyunçulardan biridir. Həm də özünün konkret maraqları var. Yuxarıda qeyd etdiyimiz sualın cavabını da məhz burada axtarmalıyıq.

İran Ermənistana bir neçə variant təklif edə bilər. Həmin təkliflərdən biri hərbi yardımdır. Çünki 44 günlük müharibədən sonra Ermənistan ordusu hərbi texnikasının və silahlarının 80 faizini itirib. Bu boşluğu təkcə Rusiyanın doldurmasını və ya həmin bazarın təkcə rusların əlinə keçməsini istəmir. Belə olan təqdirdə, İranın son illər inkişaf etmiş hərbi-sənaye kompleksinin məhsullarını İrəvana satmaq Tehrana vacibdir. Bu həm yeni bazar, həm də gələcəkdə daha böyük bazarlara çıxış imkanı deməkdir. Digər tərəfdən də, Azərbaycana qarşı Ermənistanı gücləndirmək anlamına gəlir.

İran hazırkı məqamda Ermənistana ağı texnikalar təklif etmək gücündə deyil. Çünki Tehran tank, Piyada Döyüş Maşınları, Zirehli Döyüş Mmaşınları istehsal edə bilmir.

Amma əvəzində Ermənistana uzaq və yaxın məsafələri dəqiqliklə vuran artilleriya qurğuları, raket sistemləri, habelə minamyotlar sata bilər. Bundan başqa, Tehran İrəvana Radio Lakasiya Sistemləri, orta mənzilli raketlər, o cümlədən orta ağır silahlarla təhciz edilmiş döyüş maşınları da satmaq imkanına malikdir. Bütün bunların fonunda, İranın Ermənistanı cəlb edəcək təklifi yeni istehsalı olan PUA-lardır ki, İrəvan 44 günlük müharibədən sonra buna ciddi zərurət duyduğunu gizlətmir.

Rusiyanın təklif etdiyi PUA-lar həm bahalı, həm də döyüş meydanlarında ciddi effektivsizliyi ilə ad çıxarıb. İsraildən belə bir uçuş aparatlarını almaq üçün həm imkanı, həm də əlaqələri mövcud deyil. Türkiyədən belə bir şey alması ümumiyyətlə, imkansızdır. Ümid, müttəfiqi olan Fransaya qalıb ki, onların da məhsulları bahalı olmaqla yanaşı, çox sayda alınması mümkünsüzdür. Belə olan təqdirdə, İranın təklifi cəlbedici ola bilər. Həm ucuz, həm sınaqdan keçirilmiş PUA-lar indki mərhələdə Ermənistanın işinə yarayandır.

İranın bir təklifi daha ola bilər. Bu Azərbaycan-Ermənistan sərhəddində və Qarabağda yeni istehkamların qurulmasından ibarətdir.

Xatırladaq ki, Qarabağda Azərbaycan Ordusunun hücumunu əngəlləyən, lakin iki həftə ərzində tamamilə sıradan çıxarılan, Ağdərədə və Kəlbəcərdə hələ də ermənilərin əlində qalan tunellər məhz iranlı mütəxəssislərin təklifi ilə inşa edilimişdi. “Əfqan stili tunellər” adını daşıyan bu müdafiə sistemi taliblərin bir zamanlar Sovet ordusuna qarşı istifadəsinin təkmilləşdirilmiş formasıdır. Etiraf edək ki, İran həmin tunelləri ermənilər üçün inşa etməsəydi, bu gün düşmənin itkilərinin iki dəfədən çox olacağı istisna edilmirdi. Elə məhz həmin tunel və istehkamların hesabına Azərbaycan Ordusu 3000 nəfərə yaxın Şəhid verməli oldu.

Beləliklə, İran bölgədə öz maraqlarını qorumaq, gələcəkdə onun üçün təhlükə yaradacaq halların qarşısını almaq, Azərbaycanın daha geniş miqyaslı oyunlar oynaya biləcək və güclü bir dövlət olmasını önləmək, habelə Ermənistan üzərindən diaspora vasitəsi ilə öz neft və qazını Avropa bazarlarına çıxarmaq üçün yeni bir təhlükəli oyuna başlayıb. Bəndər Abbasdan Qara dənizə yük daşıyacaq dəmir yolunun Ermənistan üzərindən çəkilməsi ideyasını gündəmə gətirən Tehran, alternativlər yaratmaq fikrindədir. Bu həm də Fransanın müttəfiqi olan İranın elə Fransanın müttəfiqi olan Ermənistanla yeni müttəfiqliklər arayışlarıdır.

JAMAZ.İNFO
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz