Axtarış...

Görəsən, Qoşqar Təhməzlinin QİDA-sı hara baxır? - ETİRAZ

Görəsən, Qoşqar Təhməzlinin QİDA-sı hara baxır? - ETİRAZ

Veysəloğlu MMC ilk milli şirkətlərimizdən biridir.
Dəfələrlə yazırıq və yenə yorulmadan yazırıq ki, biz də bir azərbaycanlı olaraq istyərik ki, dünyada öz BREND-imiz olsun.
Dünyanın hər yerində desinlər ki, bu Azərbaycan malı-məhsuludur.
Nə fərqi, gözəl pendir, qırmızı şərab, eşşək südü, kəklikotu, pomidor, benzin, biyan və s..nə olursa olsun dünyada Azərbaycan brendi kimi tanınsın.
Yəni bizim Veysəloğlu şirkəti ilə konkret mübahisəmiz yoxdur. Əksinə uğurlarına sevinərik.
Amma sənin “ Ulduz “ fabrikində istehsal olunan şokoladların içindən qurd çıxırsa, biz nə edək, ay Veysəloğlu ?
Bu qurdu hara yazaq, kimin ayağına yazaq..?
Axı, biz də istehlakçıyıq, evimizdəki körpələrə Ulduz şokoladı almaq istəyirik və içindən qurd çıxır. Bizim günahımız nədir ? Siz 1994-cü ildən fəaliyyət göstərirsiniz və…30 ildən sonra alıcıya-müştəriyə qalıq pul əvəzinə KİBRİT (spiçka) qaytarırsınızsa, bunu hara yazaq, hara yozaq, ay Veysəlinoğlu ?
Adam, sən başa düşmürsən ki, ibtidai icma quruluşunda, yəni pulun olmadığı zamanlarda NATURAL mübadilə var idi, yəni qalıq olaraq hinduşka, toyuq, qoyun-filan verərdilər. Sən XXI əsrdə alıcıya qalıq olaraq kibrit, yaxud ucuz nəsə qaytarırsan.
Sizə məxsus Araz, Oba və digər şəbəkələrinizdə malların vitrində, yəni üstündə bir qiymət, kassada başqa qiymət olur. Yəni müştərilər açıq-aşkar aldadılır.
Sizin marketlərdə balıq məhsullarının son istifadə müddəti ilə bağlı məlumat yoxdur. Bu çox təhlükəli məsələdir.
“Veysəloğlu”da işçilərlə əmək müqavilələrinin bağlanmasında ciddi qanun pozuntuları var.
Saymaqla qurtaran deyil.
Yayılan xəbərlərə görə, şirkətin “Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
Və məsələyə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Məsələ nədir: saxlama müddəti ötmüş məhsulların satılmasına görə.
Bəs biz neçə aydır yazırıq ki, Veysəloğlu-da satılan məhsulların müddəti keçib.
Görəsən, Qoşqar Təhməzlinin QİDA-sı hara baxır ?
Bütün bunlar azmış kimi, gundelik-baku.com-a daxil olan məlumata görə, Veysəloğlu-nun marketlərində DOLLAR xırdalayırlar. Son vaxtlar ölkədə dollar qıtlığı deyəsən şirkətin rəhbərliyini cinayətə sövq edir.
Cənablar, Azərbaycanda alqı-satqı vasitəsi MANAT-dır.
Başa düşdünmü, cənab Veysəloğlu.
Veysəloğlu şirkətinin maliyyə müdiri Nüsrət müəllimin dəyəri 100 milyonlarla ölçülən obyektlərindən və 20 min manat olan ayylıq məvacibindən bəhs edəcəyik. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz